Qışın Qız Çağında (Test)

loading...

İnsan şüurunda qış fəsli şaxta, soyuqdəymə ilə əlaqələndirilir. Hər şey doğrudanmı pisdir? Qışın yalnız xoş assosiasiya verməsi üçün hazırlaşmaq olarmı?

İlk şaxtalar sizi gözlənilmədən tutur?

  • Bəli, mənim üçün bu, hər dəfə gözlənilməzdir
  • Həmişə istəyirik ki, istilər uzun sürsün
  • Xeyr, çünki hava haqqında məlumatları izləyirəm

Əgər şaxtalı gündə ərzaqlardan biri qurtararsa, mağazaya gedişinizi təxirə salarsınızmı?

  • Əlbəttə
  • Əhvalımdan asılı olaraq
  • Heç vaxt

Ad günü Yeni il bayramına təsadüf edən dost və ya tanışlarınız var?

  • Xeyr və ya bu haqda bilmirəm
  • Çox az
  • Bəli, buna görə də bayramlar davam edir

Ətir və kremlərinizi qış və yay növlərinə ayırırsınız?

  • Xeyr, onlardan ümumiyyətlə az istifadə edirəm
  • Mənim üçün marka və reklam çox önəmlidir
  • Bəli, mövsümi ətirlərim var

Qonaqpərvərliyiniz ilin fəsillərinə görə dəyişirmi?

  • Bəli, qışda yaxın dostları belə görmək istəmirsən
  • Qismən, çünki qışda bir sıra problemlər yaranır
  • Xeyr, küçədəki soyuq isti ünsiyyətlə kompensasiya olunur

Qış qarderobunuzu tez-tez yeniləyirsiniz?

  • Yalnız köhnələr istifadə üçün yararsız olanda
  • Mağaza vitrinində cəlbedici palto və ya kürk görəndə
  • Hər il, qışqabağı şopinqlə xüsusi məşğul oluram

Qış idman növlərini sevirsiniz?

  • Düşünürəm ki, belə soyuq havada öz xoşumla küçəyə çıxa bilmərəm
  • Televizorda fiqurlu konkisürməyə tamaşa etməyi sevirəm, amma konkilərim şkafda toz içindədir
  • Buna fürsət axtarıram

Günəş işığının azlığını kompensasiya edə bilirsiniz?

  • Vaxtımın çoxunu yuxuya ayırıram
  • Səhər-axşam otaqda işıq yandırıram
  • Güldanda təbii güllər saxlayıram

Nəticələri hesablayaq:

Hər “A” cavabına 3, “B” cavabına 2, “C” cavabına 1 bal

20-24 xal:

Təəssüf! Soyuqların düşməsi sizin üçün əsl faciədir. Şaxtaya isə siz heç vaxt hazır olmayacaqsınız. Hər halda qışın özündə nə isə yaxşı bir şey görməyə çalışın.

15-19 xal:

Sizin üçün qış sevimli mövsüm deyil, amma bunu siz belə düşünürsünüz. Əgər gücünüzü qışa hazırlığa yönəltsəniz, əhvalınız yüksələcək.

8-14 xal:

Siz qışa ideal şəkildə hazırsınız. Ona görə də ondan çoxlu hədiyyə və xoş sürpriz alacaqsınız, o cümlədən gözəl qış sevgisini.

Şərh yaz