Qızıl alarkən nəyə diqqət etmək lazımdır?

loading...

Danılmaz faktdır ki, qızıl firavan həyatın və hakimiyyətin göstəricisi hesab edilir. Zərgərlik bazarında o ən bahalı metallardan biridir. Qızıl məmulatları həmişə dəbdə və aktual olacaq bir klassikadır. Bir çox bəzək əşyalarında insanlar məhz bu nəcib metala üstünlük verirlər. O turşulaşmır və rəngi solmur. Bundan başqa, qızıl bəzəklər allergiyadan əziyyət çəkən insanlar üçün mükəmməl variantdır.

Bu metalın əsas xüsusiyyətləri plastikliyi və yumşaqlığıdır ki, bu xüsusiyyətlərin sayəsində bəzəklərə lazımlı formanı vermək olur.

Ərintidə qızılın miqdarının ölçü vahidi karat hesab edilir. Dünya bazarında qızıl məmulatlarının keyfiyyəti qəbul edilmiş vahid 24 karat sisteminin köməyi ilə təyin edilir. Yəni ərintinin 24 vahidində qızılın 14 vahidi istifadə olunub. Karatın vahidinin miqdarı nə qədər çox olarsa, bu zaman bu deməkdir ki, ərintidə qiymətli metalın faiz miqdarı o qədər də çoxdur.

Zərgərlik məmulatlarında “proba”, yəni əyyar anlayışı hər kəsə məlumdur. O ərintinin 1000 hissəsinə düşən qiymətli metalın miqdarını bildirir.

Bir qayda olaraq, qızıl məmulatlarının üzərində, qızılın çəkisindən başqa, həm də firma nişanı və bəzən istehsalçı ölkə də göstərilir.

Zərgərlik məmulatlarını çəhrayı, ağ və ya qara rəngdə olan qızıldan əldə edə bilərsiniz. Qızılın rəngi tərkibinə daxil olan mis, platin, gümüş kimi metalların sayəsində dəyişir. Məsələn, qızıla palladium əlavə edərək ağ rəngdə, mis əlavə edərək çəhrayı rəngdə qızıl almaq olar. Zərgərlik məmulatının istehsalı vaxtı onların tərkibinə gümüş əlavə olunarsa, bu zaman o yaşımtıl çalar əldə edəcək.

Təmiz qızıldan hazırlanmış məmulatlar gündəlik istifadəyə yararlı olmadığı üçün, onun tərkibinə başqa metalların qarışığı əlavə olunur ki, bu da onları daha möhkəm edir.

Bəzən zərgərlik əşyaları yalnız qızıl suyuna salınırlar. Belə məmulatların üzərində tərkibində nə qədər qızılın istifadəsi barədə xüsusi göstərişlər olur.

Əgər qızıl bəzəyinin əldə edilməsi haqqında qərar qəbul edilmişdirsə, qənaət etmək lazım deyil. Tərkibində yüksək miqdarda qızıl olan məmulatlara üstünlük verin, bu zaman siz əldə etdiyiniz zərgərlik bəzəklərindən daha uzun müddət istifadə edə biləcəksiniz.

Şərh yaz