Quru meyvələrdən pəhriz – zövqlə arıqla

Bu karbohidrat monodietasıdır, 5-7 günə nəzərdə tutulub. “Karbohidrat” sözü sizi qorxutmasın, pəhrizdə zərərli, “sürətli” karbohidratlar yoxdur.

Meyvələri və giləmeyvələri qurudan zaman onların tərkibində olan fruktoza, vitaminlər və mikroelementlər əla saxlanılır. Bu halda quru meyvələrin sıx konsistensiyası qısa bir zamanda toxluq hissinin yaranmasına imkan yaradır.

Beş günlük pəhriz üçün sizə aşağıda qeyd olunan çərəzlər lazım olacaq:

  • 300 qram qara gavalı;
  • 300 qram xurma;
  • 300 qram qırmızı kişmiş;
  • 300 qram əncir qurusu;
  • 100 qram sidr fındığı;
  • 100 qram badam.

Bütün sadalanmış çərəzləri qarışdırın, 5 porsiyaya bölün və bir porsiyanı bir gün ərzində yeyin. Porsiyanın çox hissəsini günün birinci yarısında yeyın, nahardan sonra maksimal fasilə edin və saat 20:00-a yaxın porsiyadan qalan çərəzlərlə şam edin.

Çərəz

Hər porsiyanı yaxşı və uzun müddət çeynəyərək yemək lazımdır. Belə siz həm yaxşı həzm edəcəksiniz, həm də özünüzü daha tez tox hiss edəcəksiniz.

Qida qəbulu arasında qızdırılmış su və ya şəkərsiz yaşıl çay içə bilərsiniz.
Quru meyvələrdə olan liflər və sellüloz bağırsaqların təmizlənməsinə imkan yaradır, əncir və qara gavalı isə yüngül işlətmə effektinə malikdir.

Beş gün ərzində təkcə artıq kilolar deyil(dörd kiloya qədər), həm də orqanizminizdə olan zəhərli maddələrdə çıxdığına görə dərinizin vəziyyəti yaxşılaşacaq.

Pəhrizin variantları

  • Gün ərzində məhz belə ardıcıllıqla 100 qram xurma, 100 qram kişmiş, 100 qram sidr fındığı yemək olar.
  • Xurma, əncir qurusu, ağ və qırmızı kişmiş, qaysı qurusu, qara gavalı, qoz, sidr fındığı, badam və fındıq kimi çərəzləri blenderdə xırdalamaq , alınmış qarışığın üzərinə kefir əlavə edib sıyıq vəziyyətinə gətirmək, 5 dəqiqə gözləmək və sonra yemək olar (gün ərzində maksimum 350 qram). Qeyd edək ki, fındıqlar ümumi həcmin 1/5 hissəsindən çox olmamalıdır. Qidanın son qəbulu yuxudan 3 saat əvvəl olmalıdır.Çərəzlər

Pəhriz üçün çəki ilə satılan deyil, məhz qablaşdırılmış çərəzlərdən istifadə etmək məsləhətdir (qablaşdırılmış çərəzlər daha yaxşı saxlanılır).

Qabıqsız qurudulmuş meyvələrin istifadəsi məsləhət deyil, onlarda vitaminlər və mikroelementlərdən çox boş kaloriyalar olur.

Əgər pəhriz zamanı özünüzü yaxşı hiss edirsinizsə bu zaman rasiona yağsızlaşdırılmış yoğurt və kəsmik əlavə etməklə pəhrizin müddətini daha 2 gün uzada bilərsiniz.

Şərh et