Rəbiyət Zərdabi bir adama faydam toxunanda xoşbəxtəm

Rəbiyyə ZərdabidirRəbiyət Zərdabi

loading...

“İşgüzar” rubrikasının qonağı mədəniyyətşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi Rəbiyyə Zərdabidir.

Soyadınız Azərbaycanın ilk qəzetçisi, ilk jurnalisti Həsən bəy Zərdabinin soyadı ilə eynidir. Bu sizin üçün nə deməkdir?

Zərdabi soyadını daşımağım çox qüruvericidir. Uşaqlıqdan müəllim olmaq arzusunda idim. Allah da arzuma çatdırdı. Yazmaq da ailədən gələn bir vergidir. Nənəm Rəbiyyə xanım Mirzəxanova Zərdabi Azərbaycanın ilk qadın qəzet baş redaktoru olub. Atamı çox erkən itirmişəm, 1 yaşım olanda. Sonralar gözəl şerlərini oxumuşdum.

Bu barədə danışanda çox kövrəlirəm. Hamısı çox dəyərli insanlar idi, həm mənim üçün, həm Azərbaycan üçün.

Ailəniz haqqında danışardınız.

Övladlarım televiziya rejissorluğu ixtisasını seçdilər. Nərgiz ailəlidir. Türkiyənin tanınmış ailələrindən olan Hatipoğlu ailəsinin gəlinidir. TRT AVAZ da çalışır.

Həm rejissor, həm də aparıcıdır. Ankarada yaşayır. Nərgizin televiziyada çalışmasında və təkmilləşməsində İctimai televiziyanın çox böyük rolu var. Bunun üçün hər zaman çox hörmət etdiyim İsmayıl Ömərova bir təşəkkür borcum var.

Oğlum Hüseyin Azad Azərbaycan Televiziyasında dublyaj şöbəsində səs rejissorudur. Hər ikisindən də çox razıyam. Xeyirli və çox tərbiyəli övladlardır. Ailəmizin və soyadımızın layiqli davamçılarıdır.

Özünüzü hansı vaxtlar xoşbəxt hesab edirsiniz?

Mən səmimi bir etiraf edim. Bir adama faydam toxunanda xoşbəxtəm. Təzə bir kitabım olanda xöşbəxtəm. Gözəl bir muğam konsertində olanda xöşbəxtəm. Dostlarım çoxdur, sənət adamlarıdır çoxu.

Respublikanın əməkdar artisti Gülüstan Əliyeva çox yaxın rəfiqəmdir. Respublikanın Xalq artisti Mələkxanım Əyyubova 30 illik dostumdur. Tarzən Professor Möhlət Müslümovla ailəvi dostuq. Onlarla vaxt keçirmək də məni xöşbəxt edir.

Ailənizə vaxt ayırmaqda çətinlik çəkmirsiniz?

Ailəmə çox vaxt ayırıram, evi bir kitabxanaya çevirmişəm. Vaxtımın çoxu evdə keçir. İki ildir Türkiyədə çap olunan “FİKİR, SƏNƏT VƏ ƏDƏBİYYATDA TÖRƏ” dərgisinə Azərbaycan təmsilçisi seçilmişəm.

Azərbaycan mədəniyyəti, yazarları və şairləri haqda yazılar yazıram, dərgiyə yollayıram, sevə-sevə oxunur. Mikayıl Müşviq haqqındakı yazım İlin Yazısı seçildi. İncəsənət Universitetində dərslərim və dərgi əsas işlərimdir. Qalan vaxtımı ailəmə sərf edirəm. Şükür Allaha narazıçılıq yoxdur.

Gənclərlə işləmək sizi yormur ki?

Yormur, yorğunluq hissi mənə yaddır. Dincəlməyə də vaxtım olur. Musiqi dinləməyə də kitab oxumağa da, gənclərlə işlədiyim üçün onların enerjisi mənə də keçir.

Sizcə, yalnız işləyən qadınlar baxımlıdırmı?

Qadın işləsə də işləməsə də mütləq özünə baxmalıdır. Özünə baxmayan qadın tənbəldir.

Gözəl qadın necə olmalıdır?

Gözəl qadın mənim üçün rəhmli olandır, ailəsinin başını uca edəndir, savadlı olandır, cəmiyyətə xeyiri dəyəndir. Gözəllik nisbidir, xeyiri olmayan gözəllik nəyimə gərəkdir….

Yeməklərinizi bəyənirlərmi?

İnanın tərif kimi çıxmasın, çox gözəl yeməklər bişirirəm. Ev işlərini sevirəm, ancaq bütün günümü də işlərimə sərf edirəm. Uşaqlıqdan vaxt bölgüsü aparmağı bacarıram. Ailənin tək övladı idim, ancaq mütəvazi bir ailədə böyüdüm, sadə və gözəl insanlardan tərbiyə aldım. Nənəm bunun sübutudur.

İlk uğurunuz hansıdır?

10 yaşında yazım Moskvada birinci yer tutdu və Kubada bir həftəlik tətil qazandım, Fidel Kastronun qonağı olmuşam. 15 Sovet Respublikasından Azərbaycandan mən getmişdim.

Şansa inanırsınızmı?

Bir filosof var deyir ki şansa inanıram, çünki sevmədiyim insanların müvəffəqiyyətini necə izah edərdim. Təbii ki, şans olur, ancaq ağıl və isdedad birincidir.

Xoşbəxtsinizmi?

Xöşbəxtlik anidir, olur və bitir. Ailəmdən çox adam itirmişəm. Onların itkisi çox ağırdır. Bu yaxında çox yaxın bir dostumu itirdim yazar Ceyhun Nağı. Çox üzüldüm. Yəni, xöşbəxt də oluram, pis olduğum vaxtlar da olur. Yarı-yarıya, tam xöşbəxtəm desəm, yalan olar.

Həyatda məqsədinizə çatmısınızmı?

Çox məqsədlərə nail olmuşam. Universiteti bitirdim, müəllim oldum, övlad yetişdirdim. Çalışırlar, tələbələrim də məni çox sevir. Dünyanın 4 bir yanından zəng vururlar. İnsan nə istəyə bilər ki,? Sevdiyim işdəyəm, yazılarım oxunur. Təbii ki, məqsədimə çatmışam.

Çox yorulmursunuz ki?

Müəllim kimi yorulmuram, ancaq yazı yazanda yeni-yeni fikirlər gəlir ağlıma, axtarışlar və s. Müşviq haqqında Türk oxucusuna yazı yazanda çox ağladım. Onun KKB zindanındakı rəsmləri, istintaq ifadələri…

Hüseyin Cavidi də Türk oxucusuna tanıdanda əziyyəti çox oldu, ancaq nəticəsi yaxşı oldu.

Gözəl qalmaq üçün nə edirsiniz?

Gözəl qalmaq üçün nə lazımdır edirəm. Zarafat edirəm ancaq vasitələrdən istifadə edirəm. Yuxu əsasdır, nə olur-olsun, gündüzləri iki saat yatıram.

Hobbiniz nədir?

Yemək bişirmək mənim hobbimdir. Bu barədə təvazökar olmayacağam bişirdiyim yeməklər adla bilinir. Qarabağ yeməklərini də çox gözəl bişirirəm. Nənəm qarabağlı idi, Ağdamdan. Ağdam xanımları da çox qabiliyyətlidirlər.

Azərbaycan xanımı necə olmalıdır?

Azərbaycan xanımının diqqətə çox ehtiyacı var. İstər dövlət tərəfdən, istər ailəsi tərəfindən. Əlil xanımlara da xüsusi diqqət olmalıdır, bu barədə bir az gileyliyəm.

Xanımlara nə sözünüz var?

Bütün xanımlara vicdanlı və vətənpərvər olmağı arzu edirəm!

loading...
Şərh yaz