Röya həyat yoldaşından boşandı

Tanınmış müğənni Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib.

Röya bildirib ki, bir müddət əvvəl boşansa da, bunu ictimaiyyətə indi açıqlayır:

“Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş”.

Röya hər kəsdən bu qərara hörmət və anlayış tələb edib: “Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb”.

Şərh et