Saç rənginizi 2014 Yazına hazırlayın!

loading...

2014 Yaz saç rənglərindən birini seçəcəksinizsə saçınızı indidən bahara hazırlamalısınız. Saç dizaynerindən saçlarını 2014 saç rənglərinə boyayacaq xanımlar üçün qışda hansı rəngləri seçmələri lazım olduğunu soruşduq.
Texniki olaraq saç rənginizi bir anda dəyişdirə bilərsiniz. Amma bu saçınıza ziyan verə bilər. Çatmaq istədiyiniz saç rənginə addım-addım irəliləmək ən doğrusudur.

İndi gəlin əvvəl 2013-2014 Payız qış saç rənglərinə bir baxaq, ardından bahar aylarında hansı saç rənglərini çox görəcəyimizi bilək. Təbii bu vaxt saç rəngimizi dəyişdirərkən nələr etməməliyik mövzusuna da bir nəzər salaq.
2013-2014 Payız qış saç rəngləri hansılardı?

Bu mövsüm saç rənglərində xüsusilə isti qəhvə tonları, qumral mislər; ağ bədənlilər üçün mis və darçın tonları dəbdə olacaq. Qış aylarında da sarıdan imtina etməyənlər üçün isə mövsümün ən məşhur saç tonu açıq qumral içində qismən bal tonları olacaq…

Payız-qış saç rənglərindən bahar aylarında saç rənglərinə keçərkən nələrə diqqət yetirmək lazımdır?

Saç rəngi

Payız qış aylarında saç rənginə qərar verərkən mütləq 5-6 ay sonra hansı rəngi istifadə etmək istədiyinizi də düşünün. Bir mövsüm sonrakı rəng tonlarına necə keçiləcəyini hesablamaq saçın köhnəlməməsi üçün çox əhəmiyyətlidir. Əgər yazın çox açıq saç rənglərini seçirsinizsə qış aylarında çox tünd tonlarını istifadə etməyin. Saçınızdakı açıq tonlardan bir qismi saxlanaraq, saçın qalanını bir iki ton tünd rəngləyə bilərsiniz. Beləcə gözəl bir dəyişikliyə sahib olarsınız.

Xüsusilə yaz başlanğıcında saç rəngində dəyişiklik etməzdən bir ay əvvəl saça sıx bir baxım əməliyyatı edərək nəm dəyərini yüksəltmək çox əhəmiyyətlidir.

2014 Yaz Yay saç rəngi trendleri hansılardı?

Saç rəngi2014ün yaz və yayında çox açıq sarılar; açıq sarılar içində qızıl və kül tonları əks olunmaları; qumral karamel tonlarının içində və uclarda sıx sarıların göründüyü rənglər çox dəbdə olacaq.

loading...
Şərh yaz