Saçlarımız bizdən nələr danışır?

loading...

Mövsümün, həyatın şıltaqlıqları və ya hadisələrin təsiri altında biz saçlarımızı kəsdiririk, rəngini dəyişirik, müxtəlif saç düzümlərinə yığırıq və s.

Psixoanalitik Silvi Konsoli iddia edir ki: “Saç düzümü – özünü ifadə etmə vasitələrindən biridir ki, mən onu cəsarətlə nitqdən sonra ikinci yerə qoyardım”. Antik vaxtlardan etibarən bütün mədəniyyətlərdə saçlar gücün, enerjinin, həyatın və nəfsin simvolu idi. Əbəs deyil ki azğın qadınları açıq uzun saçlarla, möminləri isə ya başı örtülü ya da ki, ciddi hamar saç düzümü ilə təsvir edirdilər. Vaxt dəyişsə də, hər iki cinsin saçlarla yoldan çıxartma və özünü ifadə etmənin üsulu kimi münasibəti qalıb. Kişiləri yalnız saçların mövcudluğunu daha çox narahat etsə də (dazlaşma qorxusu), qadınlar öz saçlarına olduqca çox tələblər irəli sürürlər. Onları həm saçların çaları, həm saç fasonu, həm teksturu, həm parıltısı, həm də ki, yumşaqlığı narahat edir.

Mənalı saç düzümləri

Saç fasonunun, saç rənginin və hətta saçlara qulluq vasitələrinin seçimi estetik və ya praktik fikirlərlə diktə edilmir. Psixoterapevt Qloriya Rossi deyir ki: “Saçlar bizim azadlığımızı simvolizə edir. Onların kəsimi və daranma üsulu insanın xarakteri, gizli arzuları və hətta onların sahibinin qorxuları haqqında danışır”. Onun fikirincə arxaya daranmış alını tamamilə açan saçlar insanın ehtiyat etmədən həmişə irəli getmək və həyata qarşı qorxusuz durmaq cəhdini göstərir. Əgər saçlar sancaqla və ya darama üsulu ilə alının üzərindən azca qaldırılıbsa, bu hakimiyyətə, idarə etməyə və ümumi kontrola ehtirası bildirir.

Soldan saç ayrımı qadınlığı bir qədər azaltmaq arzusunu əks etdirir, sağdan isə əksinə, öz kişi təbiətinin qəbulunun çətinliyi haqqında danışır. Ortada saç ayrımıyla səliqəli daranmış uzun saçlar daxili harmoniyanın və müvazinətin axtarışının nişanıdır. Açıq gicgahlar daxili rahatlığı və əhatə edənlərə azadlığı vermək hazırlığını, həmçinin yeni tanışlıqlara və biliyə cəhdi göstərir. Bağlı gicgahlar isə əksinə, etibar etməyən introvertin əlamətidir.

Özünü ifadə etməkdən qorxan və “çəpər” arxasında gizlənməyə çalışan utancaq qadınlar tellərə üstünlük verirlər. Müxtəlif tel növləri bizim müdafiəyə ehtiyacımızın səviyyəsinə uyğundur.

Formadan başqa bizi saçların məzmunu da həyəcanlandırır. Başqa sözlə desək, xarakter və həyat vəziyyətimizi yalnız saç kəsimi deyil, həm də saç rəngi, onun teksturu, həmçinin saçlara münasibət xarakterizə edir. Məsələn, çox parlaq rəng məhdudiyyətlərin yox edilməsinə və azadlığa cəhdi bildirir. Kürən saçları olan xanımlar qadağaları pozmaq və adət edilmiş sxemlərdən kənara çıxmaq arzusu ilə yaşayırlar. Tünd qara tonlu saçlar isə sərtliyi və xarakterin prinsipiallığını əks etdirir, sarışın saçlar isə sevgidə yumşaqlığı və ehtiyacı göstərir.

Saçlara qulluq prosesi də ayrıca diqqətə layiqdir. Bu proses saçları nizama salmaqla yanaşı həmçinin insana daxili rahatlıq verir.

loading...
SHARE
Şərh yaz