Saçların artması üçün pəhriz

loading...

Aktiv yay günəşi saç tökülməsi prosesini provokasiya edə bilər, buna görə yay vaxtı saçları ultrabənövşəyi şüalardan müdafiə etmək çox əhəmiyyətlidir.

Saçların vəziyyəti psixoemosional vəziyyətdən də çox asılıdır. Stress saç tökülməsini təhrik edir və saçların zahiri görünüşünü pisləşdirir. Saçları bərpa etmək üçün, yuxu rejimini düzgün qurmaq, həmçinin stresli vəziyyətlərin miqdarını azaltmağa çalışmaq çox əhəmiyyətlidir. Bundan başqa saç boyamasından imtina etmək və ya onu minimuma endirmək arzu olunandır.

Saç artmasına xüsusi vitamin kompleksləri təsir edə bilər. Lakin saç artmasını daha sadə üsul ilə stimullaşdırmaq olar: uyğun qida məhsullarının köməyi ilə.
Saç pəhrizi üçün əlifba.

Zülal

Zülallı pəhriz saç strukturunu 10%-ə qədər yaxşılaşdıra bilər. Buna görə saç artması üçün sizin pəhrizinizdə mümkün qədər çox zülallı məhsullar olmalıdır (ət, yumurta, süd məhsulları).

A vitamini

A vitamini saç artımını stimullaşdırır və saçların köklərini bərkidir, onların tökülməsinin qarşısını alır. Buna görə də yayda bu vitamin ilə zəngin məhsullara üstünlük verin (ispanaq, kök, brokkoli, bolqar bibəri, balqabaq).
B qrupunun vitaminləri.
B qrupunun vitaminləri saç artmasını stimullaşdırmır, onları parlaq və möhkəm edir. Bu vitaminlər növbəti məhsullarda olur: qabıqlı bişirilmiş kartof, fındıqlar, təzə kələm, kök və təzə noxudda.

C vitamini

C vitamini başın dərisinin qan dövranını gücləndirərək saçların follikulasının qidalanmasını təmin edir. Yalnız unutmayın ki, termik emalsız C vitamini tez dağılır, buna görə bu əhəmiyyətli vitamini özündə saxlayan məhsulları dərhal yemək lazımdır. Məsələn, kəsilmiş alma artıq yarım saatdan sonra C vitaminin böyük hissəsini itirəcək. Bu vitamin növbəti məhsullarda olur: alma, göyərti, şirin bibər, nar şirəsi, itburnu.

Kalium

Orqanizmdə bu mikroelementin çatışmazlığı saçların solğun olmasını təhrik edir. Kalium növbəti məhsullarda olur: kartof, yemiş, qarpız.

Silisium

Silisium kaliumla yanaşı saçları bərkidir, saçqıranların qarşısını alır. Bu element növbəti məhsullarda olur: çiyələk, albalı.

Flavonoidlər

Antioksidləşdirici xüsusiyyətlərinin sayəsində bu bitki mənşəli piqmentlər saçların qocalmasının qarşısını alır. Daha çox belə elementlər çaytikanı bitkisinin tərkibində olur.

loading...
Şərh yaz