Saçların tökülmə səbəbləri

loading...

Saçlarının tökülmə səbəbi əksər vaxtlarda fiziki faktorlarla (stress, pəhriz və s.) əlaqədardır.

Bu baxımdan tökülən saç sayı da önəmlidir. Xüsusilə qadınlarda mövsümi dəyişikliklər və hamiləlik sonrası əmizdirmə dövründə, möhkəm pəhrizlər zamanı olan zülal itkisi, qan azlığı (dəmir əskikliyi), sink əskikliyi, biotin (Vitamin H) əskikliyi də saç tökülməsinə səbəb olur.

Kişilərdə saç tökülməsi 20 yaşdan sonra, qadınlarda isə 30- 60 yaş arasında müşahidə olunur. Saç itkisi hər iki cinsdə yaş fərqindən asılı olmayaraq stressli dövrün başlamasından təxminən 3-4 ay sonra ola bilər. Bu baxımdan bilmək vacibdir ki, yaşdan və cinsiyyətdən asılı olmayaraq stress saç tökülməsinə imkan yaradan əsas faktorlardandır.

Saç tökülməsinin müalicəsində mezoterapiya üsulu geniş tətbiq edilir. Dərmanlarla dəmir, sink, biotin əskiklikləri aradan qaldırılaraq saç tökülməsi dayandırıla bilir.

Saç tökülmə sürətini kəsmək, saçların cansız görünüşünün qarşısını almaq və həcimli olması məqsədiylə saçlı dəriyə mezoterapiya tətbiq edilir. İndiki vaxtda ən məşhur saç mezoterapiya üsulu PRP üsuludur. Bu üsulda adamdan müəyyən miqdarda qan götürülür.

Daha sonra bu qan nümunəsi xüsusi bir əməliyyatdan keçirilərək içində olan böyümə faktorlarından alınan hüceyrələrlə tökülən saç bölgələri mikro inyeksiya edilir. Lakin bu müalicə metodu yalnız həkim nəzarətində mümkündür.

loading...