Şaftalının faydalı xüsusiyyətləri

loading...

Şaftalı – qeyri-adi zərif dada və müalicəvi xüsusiyyətlərə malik bir meyvədir.

Şaftalı – dünyada ən məşhur meyvələrdən biridir. Tipik tüklü qabığı olan şirəli, ətirli bu meyvələri həm çiy halda, həm çərəzlərdə, həm də ki kompotlarda istifadə edirlər. Şaftalı yağı xalq təbabətində və kosmetologiyada geniş istifadə olunur.

Şaftalının qida dəyəri

Şaftalı orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətli müxtəlif vitaminlər, minerallar və başqa qidalı maddələrlə zəngin meyvədir. Şaftalının tərkibinə folio, nikotin və pantotenik turşuları, həmçinin A vitamini (beta-karotin), C vitamini (askorbin turşusuyla), E vitamini (alfa-tokferol), K vitamini, B1 vitamini (tiamin), B2 vitamini (riboflavin), B3 vitamini (niasin), B6 vitamini (piridoksin) daxildir.

Şaftalının tərkibinə həmçinin kalsium, kalium, maqnezium, dəmir, manqan, fosfor, sink, selen, mis kimi bir sıra minerallar daxildir.

100 qram şaftalıda cəmi 43 kalori, həmçinin 2 qram sellüloz və cəmi 0,09 qram yağ və 87 qram su var.
Şaftalının sağlamlıq üçün xeyiri.

Öz tərkibinin sayəsində şaftalı müxtəlif əlverişli xüsusiyyətlərə malikdir. Antioksidləşdirici kimi çıxış edərək, şaftalı bizim hüceyrələrimizi azad radikallardan müdafiə edir və qocalmaya mane olur. Tərkibindəki kaliumun sayəsində şaftalı metabolik prosesləri, elektrolitlərin balansının saxlanılması, ən yüksək əsəb fəaliyyəti üçün faydalıdır. Kaliumun çatışmazlığı hipokalemiyaya gətirib çıxara bilər ki, o qeyri-müntəzəm ürək döyüntüsü və əzələ gücünün itməsi ilə ifadə edilir.

Şaftalı şiş və xərçəng əleyhinə xüsusiyyətlərə malik olan fenol birləşmələr və karotinoidlərlə zəngindir. O xərçəngin müxtəlif növləri ilə mübarizə aparmağa kömək edir. Tədqiqatlar sübut edir ki, şaftalı həmçinin görmə qabiliyyətində yaranan problemlərin həllində böyük rol oynayır.

Şaftalının tərkibində ana və gələcək körpə üçün faydalı vitaminlər və minerallar olduğu üçün, o hamilə qadınlara məsləhət görülür. C vitamini sümüklərin, dişlərin, dərinin, əzələlərin və gələcək uşağın qan damarlarının sağlam inkişafına kömək edir. O həmçinin dəmirin mənimsənilməsinə kömək edir ki, bu da hamiləlik zamanı son dərəcə əhəmiyyətlidir.

Şaftalı həzm sisteminin sağlamlığı üçün də yaxşıdır. Meyvənin tərkibindəki qida lifləri suyu mənimsəyir və qəbizlik, babasil, mədə yarası, qastrit kimi mədə nasazlıqlarının qarşısını alır. Öz işlətmə xüsusiyyətlərinin sayəsində şaftalı böyrəklərdə və sidik kisəsində daşların həll olunmasına imkan yaradır.

Şaftalının tərkibindəki maqnezium stress və həyəcandan qoruyaraq əsəb sistemini sağlam saxlayır. O askorbin turşusu və sinklə zəngindir ki, bu da immun sisteminin sağlam olmasına kömək edir. Meyvənin qabığında və meyvə ətində olan fenol birləşmələr isə ürək-damar sisteminin xəstəliklərinin inkişafının riskini azaldır, “pis” xolesterinin səviyyəsini aşağı salır. Şaftalının tərkibində həmçinin artıq çəki ilə mübarizə aparmağa kömək edən bioloji aktiv komponentlər də var.

Şərh yaz