Sağlam böyüsün

loading...

Balıq uşaqların intellektual səviyyəsini artırır
İsveç alimləri balıq yeyən uşaqların intellektual səviyyəsinin daha
yüksək olduğunu iddia edirlər. Araşdırmalara görə, tez-tez balıq yeyən uşaqlarda düşüncə qabiliyyəti yüksək olur. Qotenburqdakı Sahlqrenska universitetində aparılan araşdırmada 15 yaşında 3 min 972 isveçli yeniyetmə iştirak edib. Nəticəyə görə, 15 yaşından etibarən həftədə bir dəfə balıq yeyən uşaqların üç ildən sonra intellektual səviyyəsi 7 % daha yaxşı inkişaf edir. Həftədə bir dəfədən çox balıq yeyən uşaqlarda isə bu rəqəm 12%-dir. Alimlərin fikrincə, uşaqları ən azı həftədə bir dəfə balıqla təmin etmək lazımdır. Bu, həm də onların pəhrizli böyüməsinə kömək edir.

Ancaq unutmamaq lazımdır ki, uşaqların sağlam düşüncəli böyüməsində balıq əhəmiyyətli rol oynasa da əsas olan valideynlərin onları düzgün istiqamətləndirməsidir. Balıq kimi qidalar uşaqların düzgün düşüncə tərzinin formalaşmasında ikinci dərəcəli rol oynayır.

Azyaşlılar üçün duz zərərlidir
Aparılmış tədqiqatlar göstərib ki, azyaşlı uşaqlar həddindən çox duz yeməklə qan təzyiqlərini artırır və öz
sağlamlıqlarını təhlükə altına qoyurlar. Adi dörd yaşlı uşaq gündə 4.7 qram duz yeyərsə, bu, tövsiyyə edilən 2-3 qram norma dan çoxdur.

Artıq olan hər qram qan təzyiqini xeyli artırır. Bu isə ürək xəstəliyi və iflic riskini artırır. Ekspertlər valideynləri ərzaq məhsullarında duzun miqdarına xüsusi diqqət verməyə çağırırlar. Bu, xüsusilə “çips” kimi duzlanmış məhsullara aiddir.

Siqaret çəkən və spirtli içki içən ata övladının sağlamlığına daha artıq ziyan vurur
Övladının dünyaya gəlməsini gözləyən ataların da sağlamlığına diqqət etməsi vacib imiş. Bu nəticəyə, Vaşinqton Dövlət Universitetindən Metyu Anvey və Ratgers Universitetindən Sinsia Daniels gəlib. Metyu Anvey siçanlar üzərində təcrübə aparıb, məlum olub ki, erkək siçan bağçalarda istifadə olunan kimyəvi maddələrin təsirinə məruz qalırsa, ondan olan siçanlar müxtəlif xəstəliklərə düçar olurlar: ya böyrəkləri xəstələnir, ya prostat vəzi həddən artıq böyüyür, ya da sonsuzluq əmələ gəlir. Təcrübə zamanı dünyanın hər yerində
meyvələrə vurulan kimyəvi maddələrdən istifadə olunub.

Əvvəlki araşdırmalar da atanın siqaret çəkməsiylə uşağın xəstəliyi arasında əlaqə olduğunu sübut edib.
Məsələn, uşaqda fəqərələrin parçalanması, damağın dərinliyi kimi problemlər atanın tütünə aludəçiliyi ilə izah olunur. Alimlər onu da aşkar ediblər ki, Vyetnam müharibəsi zamanı defolulientin (yarpaqların məhv edilməsi üçün istifadə olunan kimyəvi maddə) təsir elədiyi Amerika əsgərlərinin uşaqlarında xəstəlik olub.

Onun təsir etdiyi əsgərlərin uşaqlarında bel sümükləri düzgün formalaşmır. Hamıya məlumdur ki, hamilə qadınlar spirtli içki qəbul edə və siqaret çəkə bilməzlər. İndi o da məlumdur ki, həddən artıq spirtli içki qəbul edən kişilərdə spermalar həddən artıq çox və anormal olur. Bu anormallıq uşaqlarda ürək xəstəliyinə səbəb olur.

Komputer oyunları və elektron cihazlar uşaqlara mənfi təsir edir
KompüterMüasir dövrdə uşaqların əyləncə cihazlarına olan həddən artıq maraqları onların rifahına mənfi təsir edə bilər. Oyun və əyləncə cihazına sahib olmaq istəyi uşaqda aşağı özünəinam, yəni, kompleks yaradır və uşağın ruhi sağlamlığına pis təsir edir. Həmçinin, Böyük Britanya alimlərinin uzun müddətli tədqiqatları nəticəsində məlum olub ki, həddindən artıq televizora baxmaq və komputer oyunları oynamaq uşaqların sağlamlığına və inkişafına ziyandır.

Britanyalı professor Jhon Sigman araşdırmalardan sonra bu nəticəyə gəlib ki, televizordan və komputer oyunlarından çox istifadə edən uşaqlarda yaxını görmə qabiliyyətinin zəifləməsi, hormonal tarazlığın pozulması, vaxtından əvvəl cinsi yetkinlik, kökəlmə və diabetlə nəticələnən metabolizm prosesinin zəifləməsi və zehni sağlamlıq problemləri yaranır. Dr. J.Sigman valideynlərə xəbərdarlıq edir ki, uşaq 3 yaşadək televizora baxa bilməz, 3 yaşdan 5 yaşadək gündə maksimium 30 dəqiqə, 5 yaşdan yuxarı uşaqlar isə gün ərzində 1 saat televizora baxa bilərlər.

İsti havalarda uşaqlar çoxlu su içməlidir
Hərarətin yüksək olduğu günlərdə uşaqlara kifayət qədər su verilməlidir. İsti havada tərləmə yoluyla duz və su itkisinin artdığını deyən mütəxəssislər 1-3 yaşda olan uşaqların gündə ən az 1 litr su qəbul etmələrinin vacibliyini vurğulayırlar. Çox isti havada əsasən xroniki böyrək, ürək, yüksək təzyiq və şəkər xəstəsi olan uşaqların bol maye qəbul etməsinə diqqət yetirilməlidir.

İsti havalar həzm problemi də yaradır. Buna görə də uşaqlara göyərti, meyvə, ayran və bu kimi həzmi asan olan qidalar verilməlidir. Uşaqları çox yağlı qidalardan uzaq saxlamaq lazımdır. Böyrəyi xəstə olan uşaqlar havanin isti olduğu saatlarda sərin kölgəli yerlərdə gəzdirilməlidir. Ürək və şəkər xəstəliyi olan uşaqlar isə isti havalarda düzgün qidalanmasalar səhhətlərində ciddi problemlərlə üzləşə bilərlər. Belə
uşaqların qida vasitəsilə aldığı kaloriyə diqqət yetirilməlidir.

loading...
SHARE
Şərh yaz