Şahzadə Dianadan sevgi dərsləri

Şahzadə Diana
loading...

Diana şahzadə ilə ailə qurmağına baxmayaraq kraliça ola bilmədi. O bütün dünyada milyonlarla insanın sevimlisi olaraq öz ailəsində xoşbəxtlik tapa bilmədi. Sizə şahzadənin həyat və sevgi dərslərini təqdim edirik.

Bir dəfə şahzadə özü haqqında belə söyləmişdi: “Mən lazımsız uşaq və sevilməyən həyat yoldaşı oldum”. Diananın atası, Con Spenser, Spenserin qədim aristokratik nəsili Çerçilin nümayəndəsi idi. Diananın ana nənəsi xanım Fermoy kraliça-ananın saray xanımı idi. Lakin qədim qraf nəsili Diana üçün xoşbəxt taleyin zamini olmadı. Diananın anası onlar balaca olduqda onları tərk etdi və uşaqlar ataları ilə qaldılar.

Aristokratik tərbiyənin ənənələrinə uyğun olaraq, Diana əvvəlcə Norfolkda özəl məktəbdə, sonra isə Kentdə əsrlik tarixli və qüsursuz reputasiyalı bahalı təhsil müəssisəsində təhsil aldı. O həvəslə əl işləri ilə məşğul olurdu, rəqs edirdi, üzməyi sevirdi, lakin oxumaqla arası yox idi. “Mən hesab edirdim ki, heç nəyə yaramıram. Mənim qardaşım həmişə əla qiymətlər alırdı, lakin mən imtahanları verə bilmirdim”. Özünə aşağı qiymətin verilməsi və atılmış olmaq qorxusu sonra onu bütün həyatı boyu təqib edirdi.

Buna görə valideynlərin səhvindən və uşaqlıqda bizə dəymiş psixoloji travmalardan vaxtından qurtulmasaq onlar bizə böyük həyatda xoşbəxtliyə gedən yolda mane olacaqlar.

Hətta şahzadə ilə belə ailə qurmağa tələsməyin

Təhsilini bitirdikdən sonra Diana ona həddi-buluğa çatması ilə əlaqədar atasının hədiyyə etdiyi mənzildə sərbəst həyata başlayır. O uşaq bağçasında tərbiyəçi işləyir ki, bu da təəccüblü deyil: İngiltərənin “qızıl” gənclərinin arasında müstəqil qazanc əldə etmək adi iş idi. Bu zaman Diana Çarlzla tanış olur. Çarlz onun xoşuna gəlməsinə baxmayaraq, şahzadə artıq valideynləri saray zadəganlığına yaxın olan Kamilla Şand ilə maraqlanırdı. Belə bir fikir var ki, Çarlz onu tərk etmiş sevgilisinin (Kamillanın) məsləhətlərinə əməl edərək Diana ilə evlənmişdi. Başqa mənbələr iddia edir ki, Diana ilə nigaha Çarlzın atası, şahzadə Filipp təkid etmişdi. Dianaya gəldikdə isə o Çarlzı səmimiyyətlə sevir və onunla xoşbəxt olacağına ümid edirdi.

Buna görə əgər siz yarınızın hisslərinin səmiyyətində sonuna kimi əmin deyilsinizsə, bu zaman hər şeyin yaxşı olacağı ümidi ilə öz həyatınızı onunla bağlamağa tələsməyin.

Bir dəfə, öz yoldaşının belini qucaqlayaraq, Çarlz zarafatcan demişdi ki: “Bizdə burada bir az artıq hissə var, doğru deyilmi əzizim?” O vaxtdan Diana arıqlamaq ideyasına tutulmuş idi. Lakin heç nə onun yoldaşının diqqətini cəlb etmirdi. Diana küsürdü, özünə qapanırdı, damarlarını kəsirdi, həblər qəbul edirdi…

Buna görə kiminsə sevgisini fəth etmək üçün, özünüzə ziyan vurmayın, özünüzü sevməyi bacarın

Onların birgə həyatlarında xoşbəxt olduqları günlər də var idi. Çarlz və Diana yaxşı valideyn idilər və hər iki oğulları ilə fəxr edirdilər. Lakin 1995-ci ilin dekabrında Diana Kamilla barəsində milyonlara danışdıqdan sonra onların nikahlarına son qoyuldu. Onun həyatında başqa kişilər də olurdu. O pakistanlı kardioxirurq Xasnat Xan ilə tanış olur, lakin dərin ziddiyyətlərə görə onunla ailə qura bilmir və öz sevgisini uşaqlarına həsr edirdi.

Məhəmməd Al-Fayeda Dodi kimi miyarderin oğlu ilə görüşdükdən sonra Diana düşünürdü ki, o xoşbəxt ola biləcək. Lakin onların hər ikisi avtomobil qəzasında dünyasını dəyişir. Diananın ölümünə bütün İngiltərə ağlayırdı.

Buna görə bəzən həyatın bütün müxtəlifliklərini görmək üçün şəxsi maraqların sıx çərçivələrindən çıxmaq lazım olur.

loading...
Şərh yaz