Şakira meyxana deyəcək

loading...

Azərbaycan və MDB dövlətlərində qısa vaxtda xeyli populyarlıq qazanan “Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları səfərə hazırlaşırlar.

Bu barədə mediaya meyxanaçılar özləri məlumat veriblər: “Bizə Rusiyadan dəvət gəlib. İyulun 28-də Moskvaya gedəcəyik. Orada möhtəşəm bir tədbirdə çıxış edəcəyik.

Bizimlə bərabər həmin gecədə məşhur müğənni Şakira da olacaq. Onunla eyni tədbirdə çıxış etməyimiz çox yaxşı haldır. Biz də həmin tədbirdə Azərbaycanı təmsil edəcəyik. Və inanırıq ki, bu çox maraqlı bir konsert proqramı olacaq”.

Meyxanaçılar həmçinin Şakira ilə duet oxumaq ehtimallarının olduğunu da bildiriblər.

loading...
Şərh yaz