Şakşuka resepti

loading...

Məhsullar

  • 3 ədəd badımcan
  • 2 ədəd bibər
  • Bitki yağı

Sous üçün

  • 3 ədəd pomidor
  • 1 xörək qaşığı tomat
  • 1 ədəd soğan
  • 3-4 diş sarımsaq
  • 1 stəkan su
  • 1 çay qaşığı duz

Badımcanları soyub iri- iri doğrayın. 20 dəqiqə duzlu suda saxlayın.
Badımcanlar duzlu suda olarkən soğan və sarımsaqları doğrayın. Yaşıl bibər və pomidorları xırda-xırda doğrayın.
Yağı tavaya tökün və qızdırın. Süzüb quruladığınız badımcanları qızardın.
Soğanı və sarımsaqları duzlayın və bibəri əlavə edərək qızartmağa başlayın. Tomat, daha sonra pomidorları əlavə edərək qızardın.
Sonda su və duzu əlavə edib sousun suyu çəkilənə kimi bişirin.

Badımcanları boşqablara düzün və üzərinə hazırladığınız sousu tökün

Şərh yaz