Salat haqqında bilmədikləriniz…

loading...

Salat hazırlarıqda bilməniz lazım olan maraqlı məlumatlar.

  • Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər.
  • Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.
  • Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.
  • Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
  • Salatınızın sirkəsi çoxdursa üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.
  • Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.
  • Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.
  • Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görsənər.
  • Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olan ölçü qablarından istifadə etmək məsləhətdir.
  • Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar.
loading...
Şərh yaz