Şalvarların düzgün ütülənmə qaydası

loading...

Xanım.net zaman-zaman Sizə evdarlıq sirrləri ilə bağlı dəyərli məlumatları təqdim etməkdə davam edir. Paltarların ütülənmə qaydasına dair məsləhətlər silsiləsindən bu dəfə Sizə şalvarların düzgün, səliqəli və qısa zaman ərzində ütlənmə qaydasını təqdim edirik:

Bəzi şalvarları ütüləyərkən cox basdırmaq parlamalarına gətirib çıxardır. Bunu əngəlləmək üçün nəm parçadan və ya tənzifdən istifadə edə bilərsiniz.

  • Ciblər: Cibləri ütü masasına yerləşdirin və ütüləyin.
  • Bel bölümü: Bel bölümünü alın və ütü masasına geçirin. Sonra şalvarın üst bölümünü ütüləyərək, özünüzdən uzaqlaşdıraraq döndürün.
  • Ayaq hissəsi.( İç): Şalvarı düz Masaya yerləşdirin, ayaqlar üst – üstə. Indi iç tikişləri hər bir ayağa qarşılıq biçimdə düzəldin və alt ayağın iç bölümü, üst ayağı yuxarı qatlayaraq ütüləyin. Digər tərəf üçün şalvarı çevirin və eyni işi təkrar edin.
  • Ayaq hissəsi (çöl): İç tikişləri bir birinə uyğun biçimdə tutub, hər bir ayağın çölünü ütüləyin. Qat düzəltmək üçün buxar püskürtmə özəlliyindən istifadə edin.
Şərh yaz