Saqqızın müsbət və mənfi cəhətləri

loading...
Saqqızın müsbət cəhətləri
  • Yeməkdən sonra 1 saat ərzində saqqız çeynəmək qidanın həzm olunması üçün mədə şirəsinin ifraz edilməsinə kömək edir.
  • Saqqız dişlərin səthini təmizləyir. Lakin dişlərin arasında qalan qida kariyesin əmələ gəlməsinə daha çox təsir göstərir. Bu cür kariyes isə adətən damaq altında inkişaf edərək dişləri kökündən məhv edir və üzdən sağlam görünən dişlər kökündən çürüyərək məhv olur.
  • Uşaqlıqdan durmadan saqqız çeynəyənlərin çənəsi inkişaf edərək kobud şəkil alır adətən.
Patoloji dəyişikliklər:
  • Ac mədəyə saqqız çeynədikdə qastrit və mədə xorası kimi xəstəlikləri qazanmaq mümkündür.
  • Alergik reaksiyalar, tüpürcək vəzlərinin şişi.
  • Şişirtməli saqqızlar uşaqların dişlərinin əyri bitməsinə səbəb olmur.
  • Saqqız dişləri qırır, plombları yerindən oynadır.
Saqqız və paltar…

Saqqızın ən pis cəhəti paltara yapışmasıdır. Bunu bir neçə üsulla təmizləmək olar:

  • Paltara yapışmış saqqızın üzərinə buz qoymaq və ya paltarı buzluqda bir qədər saxlamaq.
  • Saqqız donduqdan sonra paltarın üzərindən qopartmaq. Paltarı saqqızdan təmizləmək üçün mağazalarda xüsusi sprey satılır. Saqqızı paltardan qoparmaq üçün 1 dənə saqqızı əlinizdə yumşaldaraq paltara yapışmış saqqızın üzərinə bir neçə dəfə yapışdıraraq qoparmağa çalışın.
Şərh yaz