Saxta kosmetik məhsullara diqqət!

loading...

Yay fəaslində xanımlar digər fəsillərə nisbətən daha çox bəzək-düzəyə diqqət edirlər. Ona görə də olan kosmetik məhsullara diqqət artır.

Lakin kosmetoloqlar xanımlara bu cür məhsullar alarkən diqqətli olmağı tövsiyyə edirlər. Saxta kosmetik məhsulların bir sıra fəsadları var.

Saxta kosmetika dəridə allergiya, səpgi, qaşınma, qızarma kimi bir çox problemlərə yol açır.

Aparılan araşdırmalarda bir çox saxta ətirlərin tərkibində methanol adlı zəhərli maddəyə rast gəlinmişdir ki, bu da insan sağlamlığına mənfi təsir edir.

Həkimlər bazar və ya küçə kimi açıq satış yerlərində satılan kosmetikalardan mümkün qədər uzaq durmağı alınan malların üzərindəki istifadə müddətini və tərkibini bildirən yazıları diqqətlə nəzərdən keçirməyi tövsiyyə edir.

loading...
Şərh yaz