Səhər yeməyi üçün bir neçə variant

Səhər yeməyi
loading...

Xatırladaq ki, səhər yeməyi insan üçün çox əhəmiyyətlidir. Onunla bizim beyinimiz qlükozayla qidalanır və daha aktiv işləməyə başlayır. Diyetoloqlar iddia edirlər ki, səhər yeməyi zamanı bir günə olan kalorilərin üçdə birini yemək lazımdır, onda siz piylənmədən, depressiyadan, yorğunluqdan, mədə xəstəliklərindən əziyyət çəkməyəcəksiniz.

Sizə səhər yeməyi üçün bir neçə variant təklif edirik.

Meyvə, tərəvəz və şirələr

Faydalılıq və minimum kalori baxımından ən ideal səhər yeməyi meyvə və ya tərəvəzlərdən hazırlanmış smuzilər və ya istənilən meyvənin yeni çəkilmiş şirəsi ola bilər.

Smuzini bir neçə qaydada hazırlamaq olar: məsələn, blenderdə təzə meyvə və ya tərəvəzləri əzin, üzərinə kefir, yoqurt və ya süd əlavə edin və sizin səhər yeməyiniz hazırdır. Həmçinin smuziyə dondurulmuş meyvələr, yulaf lopaları da əlavə edə bilərsiniz.

Səhər içkilərindən əsasən daha çox yeni çəkilmiş şirələr, süd, kefir və ya yoqurtlar daha yaxşıdır. Əgər siz qəhvə sevirsinizsə, bu zaman içki təbii və təzə olmalıdır, həmçinin çox tünd olmamalıdır. Süddən isə kakao və ya bal əlavə etməklə süd kokteyllərini hazırlaya bilərsiz.

Sıyıq və çörək

Kim dedi ki, ümumiyyətlə çörəkdən imtina etmək lazımdır? Əksinə səhərlər bir tikə çörək, və ya düyü, yulaf və ya qarabaşaqdan hazırlanmış sıyıq yemək. Çörək dilimlərini birazca qızardıb da istifadə edə bilərsiniz.

Müsli

Müsli südlə çox dadlı alınır, yalnız alarkən çiy və şəkərsiz müsli alın, əks halda onun faydası olmayacaq. Az yağlılığı olan süd – həmçinin günün əla başlanğıcıdır.

Yumurtadan hazırlanmış yeməklər

Omlet, qayğanaq və ya sadəcə qaynadılmış yumurta – səhər yeməyi üçün mükəmməl variantdır. Unutmayın ki, bütün bunları ət məhsullarını əlavə etmədən hazırlamaq lazımdır. Sosiska və ya kolbasa ilə hazırlanmış qayğanağı artıq faydalı qida adlandırmaq olmaz.

Süd və süd məhsulları

Meyvələrlə, quru meyvələrlə və ya fındıqlarla olan kəsmik, pendir dilimi, təbii yoqurt, kefir, qatıq – çox gözəl səhər yeməyi sayılır. Belə yeməklə siz xeyli miqdarda kalsium əldə edəcəksiniz, və sizin mədəniz disbakteriozdan və qəbizlikdən əziyyət çəkməyəcək.

Ət və balıq

Əgər siz ət məhsullarının həvəskarısınızsa, bu zaman səhər yeməyi üçün qaynadılmış toyuğun döş ətini hazırlaya bilərsiniz. Toyuq ətini pomidorla hazırlanmış hinduşka əti ilə də əvəz etmək olar. Əgər siz daha çox balığa üstünlük verirsinizsə, bu zaman qaynadılmış balıq hazırlamaq olar. Yağsız mal ətinin tikəsini də göyərti ilə lavaşa büküb yemək olar.

Şərh yaz