Seksdən yaxşı 20 şey

loading...

Sevgilin hər hansı bir səbəb olmadan sənə məktub yazır. Sadəcə, məni sevdiyinə görə? Necə də şirindir!

Xain burgerdən Həzz alma.

Evə gedərkən uzaqda işıqlanan M hərfini görürsən…
Bu halda nə edirsən?

“Əgər qalan vaxtı da daimi sağlam qidalanırsan və məşq rejiminə riayət edirsənsə, iki həftədə bir dəfə özünə burger kefi vermək olar”, – diyetoloq Hanan Saleh belə deyir. Xain burger: artıq diyetoloqlar tərəfindən təsdiqlənib.

Yatmaq

Təmiz, indicə quruducudan çıxmış və ya zivədən götürülmüş döşəkağıya baxmaq gözlərə zövq, qoxulamaq ləzzət, üzərində uzanmaq isə həzz verir. “Rahat yataq”, yumşaq yastıq və təmiz xırtıldayan döşəkağı birmənalı yuxunu daha zövqlü edə bilər”,

– Yuxu Terapiyası Klinikasının direktoru Brett Chamberlain belə deyir.

Dükanda Həm kreslo həm də jurnallar varsa.

Sənə təcili olaraq təzə ayaqqabı lazımdır, sevgilin isə dükandan tez qaçmaq istəyit.
Dayan görək, o küncdəki nədir? Rahat kreslo və bir topa jurnal?

Ay, alış-veriş ilahəsi, min şükür sənə

Məhz sənə lazım olan məqamda mürgüləmək.

“Biz yalnız yuxu çatışmazlığı olan halda yata bilirik. Bu, o deməkdir ki, sən mürgüyə ehtiyac duyursansa, deməli, kifayət qədər yatmamısan”,

– Chamberlain belə deyir.

Bu nə deməkdir? “İstədiyin an bir az mürgüləmək tam normaldır”.

Bu, əla xəbərdir…

Sənin sevmədiyin zəhlətökən işi sənin yerinə kimsə artıq görüb.

Sən bu işi çoxdan təxirə salırdın – bu gün Tualet Təmizləmə Günüdür. Hamamxanaya keçirsən, unitazın qapağını qaldırırsan və… kimsə artıq bu işi sənin yerinə görüb.

Xadimələrə eşq olsun!

Küçə ilə gedərkən yaraşıqlı oğlan səni başdan-ayağa süzür.

Budur, öz işlərin haqda fikirlərə qapanıb gedirsən, birdən Salam!.. Sən fikir vermədiyin şeylərə bu yaraşıqlı göz qoyur və bu SYŞ-dir (Seksdən Yaxşı Şey).

Almaq istədiyin əşya ilə kassaya yaxınlaşırsan və əlavə 25% endirim aldığını öyrənirsən. Axı bu necə ola bilər? Bu, gözəl, gülməli qiymətə olan yeni ayaqqabıya əlavə 25%?
OK – mən etiraz etmirəm!

Telefonunu yoxlayarkən aşkar edirsən ki, bəyəndiyin oğlan sənə mesaj yazıb.

Telefonu əlinə alırsan, budur, mesaj… Üzünə elə bir nurlu təbəssüm yayılır ki, onun işığı kosmosdan da görünür. Bu odur! Bu gün yaxşı gün olacaq.

Ad günü tortunu bir neçə saniyəyə udmaq.

Çünki o sənin olmasa da, adi tortlardan dəfələrlə dadlıdır.

Öz-özünə oyanmaq

Zəngli saatının çalmasına görə, qonşunun itinin hürməsi nəticəsində və ya bir adamın səhərlər oyanan ehtirasına görə deyil…
“Lazımi qədər keyfiyyətli yuxu sağlamlığa bir sıra müsbət təsirlər göstərir”,

– Chamberlain deyir. “Yaxşı yuxu immun sisteminin işində, metabolizm prosesində, yaddaş, təhlil və digər həyati vacib proseslərdə mühüm rol oynayır”.

Vəzifə artımı

İrəliləyiş kimi ruh yüksəldən bir şey ola bilməz. Və bu – düz tapdın – SYŞ-dir!

Şokoladın soyuqluq dərəcəsi əsl yeməli olanda.

“Şokoladı ağzında saxla və qoy o, yavaş-yavaş ərisin”, Saleh belə məsləhət görür. “Şokolad əsl ləzzəti bədən hərarətinlə eyni həddə çatanda verir”.

İlk dəfə süzüləndə şərab şüşəsindən gələn səs.

O, dərin, qızğın, az qala erotikdir… Elə bil, şərab deyir: “Ey! Salamlar! Səni görməyimə şadam. Əyyaşlıq etmək üçün mənə qoşulursan?”.
Biz bunu əla keçən axşamın saundtreki adlandırırıq.

Yaxşı saçlar günü

Lap pişiklər kimi, sən onlara fikir verməyəndə yavaşca sənə yaxınlaşırlar. Və onlar bunu edəndə… çox xoşuna gəlir! “Saçların nə qədər yaxşı görünürsə, bir o qədər özünü canlı hiss edirsən”,

– Rokk Ebony salonunun təmsilçisi, Schwarzkopf Hair Expo 2011 mükafatçısı saç ustası Joey Scandizzo belə deyir.

Kimsə sənin geyiminə kompliment yağdırır, sən isə onu outletdən aldığını deyirsən.

  • Naməlum şəxs: “Donun xoşuma gəlir! O, haradandır?”.
  • Sən: “Bu? Əslində, outletdəndir”.
  • Naməlum şəxs: “Zarafat edirsən?! O əynində bomba görünür…”.
  • Sən (hədsiz dərəcədə qənaətcil zövq qabilliyyətinlə öyünərək): “Hə, bilirəm, bilirəm”.

İdman zalında yorucu məşqlərdən sonra növbəti günün bədən ağrısı

Elə yaxşı ağrıyır ki! “Bu, gecikmiş əzələ hücumu ağrısı adlanır”,

– Firavan Həyat Nazirliyinin (min-istryofwellbeing.com) sahibi Blake Worral Thompson deyir. “Bu hiss əzələ fibralarında baş verən mikroskopik cırılmalara görə baş verir. Dəhşətli səslənir, lakin məhz beləcə sən əzələ qurur və metabolizmini işə salırsan”.

Kimsə saçlarını yuyur.
Ah, bu az qala orqazm qədər ləzzətlidir – və biz bundan əsl zövq alırıq. “Bu əla masajdır”,

– Scandizzo deyir. “Və deyilənə görə, çoxları salona məhz buna görə gəlirlər!”.

Kitabı oxuyub qurtaranda onu başlayıb əlini üz qabığına qoymaq.

Bu sənə özünü ağıllı hiss etdirir və sanki Keira Knightley ilə filmin iştirakçısına çevirir.

Kinoda burnun axanadək ağlamaq.

Acı hisslər (Notebook filmi) və ya gülməkdən (The Hangover) tökülən göz yaşların sənin doğrudan da əyləndiyinin əlamətidir. Emma Markezic

Əslində gülərkən sən sekslə məşğul olduğun zamandan fərqli olaraq daha çox kalori yandırırsan.


Şərh yaz