Seksuallığı artıran qidalar

loading...

Müasir elm sübut etmişdir ki, orqanizmin seksuallığını artırmaq üçün məhsuallarda sinkin, selenin, E vitaminin və zülalın olması kifayətdir.

Sizi bu məqsədlə istifadə edəcəyiniz əsas 13 qida məhsulu ilə tanış etmək istərdik:

1.Çiyələk

Bu giləmeyvənin tərkibində seksual hormon testosteronu qaldıran sink var. Gün ərzində 100-200 qr çiyələk yeməyiniz kifayətdir ki, seksuallıqda tayınız-bərabəriniz olmasın.

2. Аvokado

Аvokadonun fitosteronla zəngin olması seksual aktivliyi artırır. Kalium və zülal tərkibinə görə isə avokado ət məhsullarından heç də geri qalmır. Lakin ətdən fərqli olaraq avokado tez həzm olunur.

3. Xurma

Xurmanın faydası hələ Qədim Misirdə məlum idi. Bu meyvə qanın təmizlənməsinə və spermanın ifraz edilməsinə xidmət edir.

4. Bal

Balı təbii seksual enerji mənbəyi adlandırmaq olar. Hər gün 1 xörək qaşığı balı boş mədəyə qaynar çay və ya su ilə qəbul etməyiniz məsləhətdir.

5. Tum və qoz

Tum, qoz və badam B və E vitamini ilə bol olduğundan seksual həvəsi artırnağa qadirdir. Qədim zamanlarda Hindistanda skesual həvəsi artırmaq üçün qovrulmuş küncütü bal ilə qatıb istifadə edirdilər. Bu məqsədlə hətta belə bir dərman da hazırlanırdı. Qozu xırdalayın və üzərinə qaynar su alavə edin. Bu məhlulu bir müddət belə saxladıqdan sonra bal və ya şəkər əlavə edəək qəbul edin.

6. Şokolad

Məlumdur ki, şokolad əhval-ruhiyyəni düzəldən, gümrahlıq bəxş edən qida növüdür. Bundan əlavə isə şokolad serotonin hormonunun ifrazına kömək edir bu isə öz növbəsində seksuallığı artırır.

7. Kərəviz

Kərəviz markiza de Pompadurun salatlarının başlıca inqrediyenti olmuşdur. Bu xanım isə seksual cəhətdən aktivliyi ilə seçilirdi.  Kərəviz kalsium, kalium və fosforla zəngindir.

8. Zəncəfil

Zəncəfil  qan dövranını yaxşılaşdırır. Kişilərdə potensiyanı qaldırır, qadınlarda kiçik çanağın qandövranını gücləndirir.

Zəncəfili çaya və ya bala qataraq və ya 1 çay qaşığı zəncəfili qaynar suya qataraq istifadə etmək olar.

9. Zeytun yağı

Bu yağın tərkibində E vitamini var, bu isə cinsi orqanların funksionallığına müsbət təsir göstərir. Kişilər gündə 2-3 xörək qaşəğə zeytun yağını salata əlavə edib qəbul etsələr ereksiyaları bərpa olunacaqdır.

10. Yumurta

Yumurta A və B1 vitamini ilə zəngin olduğu üşün  kişi orqanizmini proteinlə tam təmin edir.

11. Sarımsaq

Saımsağın tərkibində allisin maddəsi var ki, bu da öz növbəsində kiçik çanağın orqanlarında qan dövranını gücləndirir və seksual həvəsi artırır.

12.Dəniz məhsulları

Dəniz məhsulları yod və zülal ilə zəngindir. Seksual aktivlik üçün isə əsasən kürüdən istifadə olunur. Tərkibi fol turşusu və proteinlə bol olan kürü hamiləliyi planlaşdıran xanımlara çox faydalıdır.

13.Ət

Əti normasında qəbul etdikdə kişilərdə potensiya artır. Seksuallığı artıran ət məhsuallarına həmçinin toyuq, hinduşka, dovşan əti aiddir. Donuz və ördək əti çox yağlı olduğundan qanda olan xolesterini artırır.

Təbii ki, qaynanmış ət tez həzm olunduğundan cinsi orqanların da fəaliyyətinə müsbət təsir göstərir. Lakin qeyd edək ki, qızardılımış ət seksual həvəsi artırmır.

Şərh yaz