Sellülitdən qurtulmağın 10 üsulu

loading...

“Portağal qabığından” qurtulmaq üçün xeyli miqdarda üsullar mövcuddur. Biz sizə ən effektiv və yoxlanmış 10 üsul təqdim edirik ki, siz ən qısa bir müddətə bikini mövsümünü qarşılamaq üçün hazır ola və açıq geyimlərdən rahat istifadə edə bilərsiniz.

Statistikaya görə, sellülit qadınların 85%-də var. O həm gənc, həm yaşlı, həm arıq, həm də ki, kök xanımlarda olur. Bu problem çəkidən asılı deyil, onun səbəbi — həyat tərzidir. O, sizin hərəkət etməyinizdən, əsəbiləşməyinizdən, düzgün qidalanmağınızdan, içdiyiniz suyun miqdarından asılıdır.

Selülit — bu zədələnmiş lipid torudur ki, mikroskop altında o arı şanlarına oxşar hüceyrələrdən ibarətdir. Əgər orqanizmdə hər şey qaydasındadırsa, deməli dəri ilə də hər şey qaydasındadır — arı şanları görünmür. Amma siz stressə düşən kimi, fəstfuddan istifadə edən kimi, az hərəkətdə olduğunuz zaman, siqaret çəkdiyiniz zaman — arı şanları dolur və nəticədə dəridə selülit yaranır ki, ondan qurtulmaq üçün yalnız sistem tədbirlər kömək edəcək.

  • Salon prosedurları.
    Selülitin birinci səbəblərindən biri — qan dövranının pozulmasıdır ki, o qan sisteminin pis işinə görə yaranır. Bu gün üçün mezoterapiya portağal qabığının korreksiyasının ən effektiv üsulu sayılır. Bu problemin öhdəsindən həmçinin kriomassaj (krioterapiya), elektromiostimulyasiya, ozonoterapiya gəlir.
  • Masaj.
    İstənilən krem, yağ və ya gel vasitəni çəkməzdən əvvəl masaj etdiyiniz halda daha yaxşı təsir göstərəcək. Əgər masajı sevmirsinizsə, bu zaman krioterapiya seansı təşkil edin: 2-5 dəqiqə ərzində dərinizi buzla sürtün — bu üsul həmçinin qan dövranını yaxşılaşdıracaq və kosmetikaya daha dərin hopmağa imkan verəcək.
  • Tarazlaşdırılmış qidalanma.
    Dietoloqların fikrincə gün ərzində 5-6 dəfə az-az yemək lazımdır. Bu cür qidalanma maddələr mübadiləsini aktivləşdirir və orqanizm daha çox kalori sərf etməyə başlayır. Bu zaman qidanın həcmi təxminən 250 qram təşkil etməlidir. Rasiona sellülozlu məhsullar əlavə edin (meyvə, tərəvəz, göyərti) və acı və ədviyyəli yeməklərdən uzaq durun.
  • Pilinq.
    Əgər dərinizi ölü hüceyrələrdən təmizləsəniz, bu zaman antiselülit zərdablarının, gellərin və kremlərin komponentləri dərinizə daha dərin hopacaq. Daim mikromasaj təsiri göstərən pilinq etməyi unutmayın.
  • Sarınmalar.
    Sarınmalar dərini dartır və portağal qabığı ilə mübarizədə kömək edirlər.
  • İdman.
    Alimlər sübut ediblər ki, fiziki fəallıqla məşğul olmağa başlayan qadınlarda selülit 50%-ə qədər azalıb. Bu üzgüçülük, akvaaerobika, velotrenajor müxtəlif idman növləri ola bilər.
  • Detoks.
    Təmizləmə zamanı orqanizm zəhərlərdən azad olur ki, bu da metabolizmi yaxşılaşdırır, orqanizmdən artıq mayeni çıxarmağa kömək edir. Nəticədə selülitin yaranmasının qarşını almış oluruq. Buna görə kofe, un məmulatları və şirniyyatdan vaz keçməniz məsləhətdir.
  • Vitaminlər.
    Bu məsələnin öhdəsindən ən yaxşı qrupun vitaminləri, həmçinin A, C, E vitaminləri gəlir.
  • Kosmetika.
    Selülitə qarşı vasitələr əldə edərkən tərkibinə diqqət edin. Bu məqsədlər üçün tərkibində qırmızı istiot, dəniz yosunları, sitrusların efir yağları, çobanyastığı, lavanda, ətirşah, üzüm sümüklərinin və yaşıl çayın cövhəri olan vasitələr yaxşı yarayır.
  • Su.
    Su orqanizmdən zəhəri çıxarmağa kömək edir, metabolizmi yaxşılaşdırır. Həmçinin su iştahı azaldır.
loading...
Şərh yaz