Sənin İş-güc adamı olduğunu göstərən 10 şey

loading...

Hara getsən, yanında iş görüşlərini qeyd etdiyin dəftərçəni aparırsan.

Dost-tanışla görüşəndə ilk sualın “İşdə nə var, nə yox?” olur.

Kurortda, dəniz kənarında rahat günəşlənəcəyin bir tətili vacib bir iş layihəsində iştirak üçün son dəqiqədə ləğv edirsən.

Ən çox sevdiyin filmlər “Wall Street” qismindən olanlardır.

Hətta ən ucqar və sivilizasiyasız yerdə olsan belə, telefonunla online iş konfransında iştirak etməyə can atırsan.

Karyera qurmaq ailə qurmaq planlarından öndə gəlir.

Rəfiqələrin telefonda, adətən, ikinci xətdə gözləməkdən yuxuya gedə bilirlər.

Qarderobunda ağ köynəklərlə ciddi kostyumlar üstünlük təşkil edir.

Təqaüdə çıxacağın günün heç vaxt gəlib-çatmamasını arzulayırsan.

Xəstə vaxtı işə çıxa bilməyəndə vicdan əzabı çəkir, İşsiz qalacağın barədə qorxunc yuxular görürsən.

loading...
SHARE
Şərh yaz