loading...

Müxtəlif meyvələrə üstünlük yalnız sizin dad keyfiyyətləriniz və sağlam həyat tərzini seçməyiniz haqqında deyil, həm də sizin xarakterinizi və seksual fəallığınız haqqında danışa bilər. Bu nəticəyə bir il ərzində yüzlərlə insan arasında sorğu keçirən amerikalı psixoloqlar gəliblər.

Alma

Alma sevən insanlar sərt və düz xarakteri ilə fərqlənirlər. Onlar həyatdan nə istədiklərini yaxşı bilir və cəsarətlə hədəfə doğru hərəkət edirlər. Çox vaxt bu yaxşı və icraçı əməkdaşlar, hökmlü rəhbərlər və müvəffəqiyyətli biznesmenlərdir. Lakin seksual münasibətlər zamanı onları ehtiraslı məşuq adlandırmaq olmaz. Bu insanlar daha sakit və hamar münasibətlərə üstünlük verirlər.

Armud

Armud sevən xanımlar cazibədar, zərif və qadın təbiətli olurlar. Bu əsasən, romantik xanımlardır ki, hər kəs tərəfindən ümumi diqqəti sevirlər. Seksual planda onlar çox gözəl partnyor olsalar da, təəssüf ki, bir qədər monoton olurlar.

Şaftalı

Şaftalı sevənlar tədqiqatlarda zahirən “soyuq hissiz”, daxildən isə “isti qəlbli kuklalar” kimi təsvir ediliblər. Məsələ ondadır ki, bu insanlar həqiqətən də yalnız yaxşı tanıdıqları əhatədə sərbəst olurlar, qalan vaxt isə onlar ümumi kütlədən seçilməməyi  üstün tuturlar. Seksual münasibətlərdə də bu insanlar rahat və sərbəst olurlar.

Banan

Banan sevən insanları xoş niyyətli və açıqürəkli adlandırmaq olar. Onlara həddən artıq sadəlövhlük məxsusdur. Bu insanlar tez-tez xəyallara qapılır, hər tanış olduqları kişini öz gələcək həyat yoldaşı kimi təsəvvür edirlər və buna görə münasibətlərin inkişafına çox fəal səy göstərirlər ki, bu da kişiləri qorxudur. Lakin bu insanların yanındakıları həm münasibətlər, həm də cinsi əlaqə baxımından unudulmaz hisslər gözləyir.

Üzüm

Üzüm həvəskarları əsl və sadiq dost olurlar. Onlara sirləri etibar etmək və sirlərlə bölüşmək olar. Bu zaman siz əmin ola bilərsiniz ki, sirriniz üçüncü şəxsə çatdırılmayacaq. Digər tərəfdən bu insanlar ətrafdakılar üçün kifayət qədər qapalıdır. Seksual münasibətlər baxımından bu tip insanlar bütün növ yeniliklərə həvəs və ehtirasla qapılırlar, hərçənd ki, o qədər də tez sönürlər.

Ananas

Ananası əsl estet və gözəllik həvəskarları sevirlər. Onlar nəyi nə vaxt və necə etməyi çox yaxşı bilirlər ki, bu da praktiki olaraq hər yerdə özünü biruzə verir: həm qarderob seçimində, həm kitab, həm də ki, partnyor seçimində. Bu qadınlar sevdikləri insan üçün ən qeyri-adi seksual fantaziyaları belə reallaşdırmağa hazırdır.

Portağal

Qəribə olsa da, portağal həvəskarları “adi”, təvazökar, bəzən isə hətta qapalı insan hesab edilirlər. Bu tip insanlar həm şəxsi, həm də ki, seksual münasibətlərdə tədricən “açılırlar”.

Kivi

Kivi sevən xanımların şəxsi qaydaları və prinsipləri olur ki, buna görə onlar ətrafdakılarla çox çətin əlaqə yarada bilirlər. Şəxsi münasibətlərdə isə bu xanımlar parlaq ehtirasa malik olmasalar da, sizi anlaya biləcək əsl dost olurlar.

Şərh yaz