Sevgi formulu

loading...

Sevimli qadınlar, növbəti məqaləmi “ SEVGİ” yə həsr etmək istəyirəm. Mənə elə gəlir ki, bu hamıya maraqlı olar. Artıq bir neçə müddətdir ki, bu yazı üzərində çalışıram. Və nə qədər sadə görünsədə mən daim gördüklərimi yazmağa üstünlük verirəm. Axı hər şeydən önəmli təbiilikdir. Boynuma alıram ki reallığı qəbul etmək asan deyil. Hətta mən hələ də öz kiçicik dünyamda qalmağa davam edirəm. Amma müəyyən sərhədlər çərçivəsində. Yəni hər ağıllı insan kimi nəyin doğru və nəyin yanlış olduğunu başa düşərək.

Yazılarımı ictimai baxışa çıxarmadan öncə belə bir məqsədim vardı- öz yazılarımla az da olsa sizlərə yardım göstərmək. Bu yardım isə sadəcə kiçik bir təkan xarakteri daşımalı idi. Və elə bu istəkdən irəli gələrək daim bizi maraqlandıran suallara cavab tapmağı özümə əsas vəzifə bildim.

Beləliklə : “ SEVGİ nədir? , nə zaman gəlir? , niyə həmişə bir tərəfli olur? , sevmək ya sevilmək üçün nə etmək lazımdır? “ Bütün bu suallar artıq çoxdan mənim üçün dəyərini itirmiş söz yığınıdır. Bilirsiz niyə? Çünki Sevginin xüsusi formulu yoxdur. Kimisə güclə özünə aşiq edə bilməzsən. Kiminsə nə zaman və necə gələcəyini bilə bilməzsən.

Mənə görə sevgi mürəkkəb anlayışdır

Əminəm ki , hər bir qadının həyatında ona dərs verə biləcək bir münasibəti olub. Və hər bir normal insan kimi hər birimiz uğursuz münasibətdən sonra depresiyaya düşüb, problemin kökünü özümüzdə axtarmağa başlamışıq. Ancaq heç kim ideal deyil. Və bu gün uğursuz bir münasibətə son qoymaq heç də dünyanın sonu demək deyil. Unutmayın hər şey yaxşılığa doğru irəliləyir. Buna inanın. Bu danılmayan həqiqətdir.

Sevgini gözləməyin. O gözlənilmədən gəlməyi sevir. Sevgi sizin bütün ümidlərinizi üzdüyünüz anda gəlir. Heç nə üçün tələsməyə dəyməz. Sadəcə hər şeyin öz zamanı var. Hadisələri qabaqlamağın heç kəsə xeyri olmayacağını bilin.

Belə bir fəlsəfə var: Az düşün, çox əldə et. Bu sözün əsl mənasında özünü təsdiqləmiş nəzəriyyədir. Elə indicə gözünüzü telefona tuşlayıb zəng gözləyən hər kəs bilsin ki, heç nə səbəbsiz baş vermir. Azacıq da olsa səbirli olsanız sözlərimin sübutunun şahidi olacaqsınız. Bu həyatda hər kəs layiq olduğunu gec ya tez əldə edəcək. Biz sadəcə bütün qəlbimizlə buna inanmalıyıq. Oxuduğumuz bütün kitablar, baxdığımız filmlər, həyat fəlsəfələri bunlar hamısı təbii ki insanı irəliyə doğru bir addım atmağa həvəsləndirir. Ancaq sizə məsləhətim; əgər bir az da olsa özünüzə kömək etmək istəyirsinizsə, ürəyinizi dinləyin. Ən azından sonra beyninizdə dolaşan “keşkə“ lər sizə əziyyət verməz.

Əziz qadınlar heç bir halda ümidinizi və inamınızı itirməyin. Biz göründüyümüzdən daha güclüyük. Həmişə sevilən tərəf olun.

loading...
SHARE
Şərh yaz