Sevgilinizi nə zaman tərk etməlisiniz

loading...
  • Hər həftə sonu bir işini bəhanə edərək, səninlə görüşməyi rədd edirsə…
  • Gün içində tez-tez axtarışlarınıza baxmayaraq, telefonunu açmır və sizə zəng etmirsə
  • Köhnədən sənə toxunmaq üçün fürsət axtararkən, birdən-birə sənə qarşı dəyişməyə başladısa…
  • Sən hər kəsə onu sevgilin olaraq tanıtdığın halda, o kimsəyə səndən danışmadısa, hətta ən yaxın yoldaşının belə sənin varlığından xəbəri yoxdursa…
  • Onu qısqandırmaq üçün başqalarının sənə maraq göstərdiyini söylədiyində, kiçik bir reaksiya belə göstərmirsə…
  • Sən onun haqqında hər şeyi öyrənməyə çalışarkən, o səninlə bağlı ən kiçik məlumatları belə ağılında tutmaqda çətinlik çəkməyə başladısa…
  • Onu xoşbəxt etmək üçün bütün pulunuzu onun ən sevdiyi şalvarı almağa xərclədiyinizə baxmayaraq , o sizdən bir dəstə çiçəyi əsirgəyirsə…
  • Qısqandığınızı və kədərləndiyinizi bilə-bilə yanınızdaykən başqalarına baxırsa…
  • Romantik bir filmdə əlini tutmaq və ya sənə sarılmaq yerinə, kürəyini çevirib oturmağı seçirsə…
  • Onu axtardığınızda səsində ən kiçik bir coşğu əlaməti yoxdursa…
  • Artıq ona toxunmağından xoşlanmır, dərhal başqa bir şeylə məşğul olmağa başlayırsa…
  • Gələcəklə bağlı planlar etdiyində anında mövzunu dəyişdirir və gözlərini qaçırırsa…
  • Onu nə qədər çox sevdiyini söylədiyində, lağ edir və özünü çox qapdırmamağın lazım olduğunu söyləyirsə…
  • Ona çox ehtiyacın olduğunu söylədiyində belə əhəmiyyətsiz hesab edir və müxtəlif bəhanələr uydurursa…