Sevgilinizlə münasibətlərinizi gücləndirməyin yolları

loading...

Uzun müddətdir birlikdə olan cütlərə “Sizin xoşbəxtlik sirriniz nədir?” deyə soruşsaq əminik ki, hamısından fərqli cavablar alırıq. Amma biz bu dəfə əlaqənizin gedişatını təyin edən bəzi təməl meyarlara toxunmaq istədik. Bu təkliflərə uyaraq siz də əlaqənizi gücləndirə bilərsiniz.

Xoşbəxt bir əlaqə üçün nə etməli?

İlk olaraq xüsusi xatirələrini sonsuza qədər saxlamaq üçün fotoaparat və ya video kameranızı yanınızdan ayırmayın. Cütlər üzərində edilən araşdırmalara görə xatirələrini qeydə alan cütlərin digərlərinə nisbətlə daha xoşbəxt olduğu müşahidə olunub.

Kişi yoldaşınızla birlikdə ortaq bir dili danışmağa çalışın, ortaq dil deyərkən dil stilindən bəhs edirik. Eyni sözləri istifadə etməyə başlayın, yalnız sizin aranızda olan başqa kimsənin anlaya bilməyəcəyi ortaq zarafatlar edin. Dil üslubu olaraq adlandırılan bu meyl, aranızdakı bağlılığı gücləndirir.

Sevgilinizə kiçik hədiyyələr alaraq onu əzizləmək Sizi daha yaxın edir.

Ən çətini və əhəmiyyətlisi də səbirli olun. Çox yaraşıqlı bir kişilə tanış olduqdan dərhal sonra onunla yaxınlaşmaq fikrinə başlaya bilərsiniz. Çətin olduğunu bilirik amma özünüzü saxlamağınızda fayda var. Araşdırmalara görə yaxınlaşmaq üçün gözləyən, özlərini zamanın axışına buraxan cütlərin bir-birlərinə çox daha bağlı və əlaqələrinin daha güclü olduqları deyilir.

loading...
Şərh yaz