Sevir? Sevmir?

Sevgi əlamətləri…

loading...

Hər insan sevdiyi ilə birgə daha çox vaxt keçirmək istər, ancaq həm kişilərin həm də qadınların ən çox şübhə duyduqları mövzular arasında sevgililərinin onları həqiqətən sevib- sevmədiyidir. Xüsusilə hər kəsin sevgisini ifadə etmə və göstərmə forması fərqli olduğundan bu yazıdakı tövsiyyələrin Sizin üçün əhəmiyyətli olacağını düşünürük:

Sevmək və sevilmək sevgililər arasında bir həyəcan göstəricisidir. Bu həyəcanın qaynağı isə bədənin ifraz etdiyi xoşbəxtlik hormonları və adrenalinlə əlaqədardır. Əgər sevgiliniz sizinlə birlikdəykən bu hormonlardan əlavə onun nəbzində, ürək atışlarında artım hiss edirsinizsə onun sizə qarşı sevgi bəslədiyinə əmin ola bilərsiniz.

Bəhs etdiyimiz bu hormonal hərəkətliliyin bir digər əlaməti isə əl içlərindəki tərləmədir. Yolda, kafedə, evdə əl-ələ tutuşduğunuzda əllərinizin xüsusilə daxili hissələrinin tərləməsinə şahid olursunuzsa, bu aranızdakı sevginin möhkəm bir təməldə olduğu deməkdir.

Bunun yanında sevgilinizin gündəlik həyatındakı səs tonundan bir az daha fərqli bir səs tonuyla danışdığını, kişilərdə daha alçaq qadınlarda isə daha yüksək səs ilə sizə xitab etdiyini fərq edirsinizsə bu da araşdırmalara görə sevgi işarəti anlamına gəlir.

Hormonal olaraq bəhs etdiyimiz bu dəyişikliklərin eyni zamanda gözlər üzərində də təsiri vardır və aşiq olan cütlüklərin baxış təması da bundan irəli gəlir.

Sevən və aşiq olan cütlüklərin gündəlik həyatlarında yaddaş ilə əlaqədar problemlər yaşadıqları və beyin funksiyalarında anormallıqlar meydana gəldiyi müşahidə olunub. Sevgilinizin “ağılı havada”dırsa sizi sevir ehtimalı olduqca yüksəkdir.

Bundan əlavə üzdə qızarıqlıq ( daha çox xanımlara aiddir), qarın nahiyədə ağrılar da aşiq olma əlamətlərindən sayılır.

loading...
SHARE
Şərh yaz