Şəxsiyyət vəsiqəsini dəyişmək üçün…

loading...

Ailə qurduqdan sonra xanımlar həyat yoldaşlarının soyadına keçemək istədikləri halda ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİ dəyişməli olurlar. Bəs bu zaman onlara hansı sənədləri təqdim etmək lazım gəlir?

  • Köhnə şəxsiyyət vəsiqəsi (kserosurəti ilə)
  • Nigah haqqında şəhadətnamə (kserosurəti ilə)
  • 3 ədəd 3×4 sm  ölçüdə rəngli foto şəkil
  • Mənzilin orderi və ya qeydiyyat vəsiqəsi (kserosurəti ilə)
  • Yaşayış yerindən ərizə
  • Tibbi arayış (yalnız birinci dəfə alanlara aiddir)
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Bütün bu sənədləri topladıqdan sonra Şəxsiyyət vəsiqənizi dəyişmək üçün qeydiyyatda olduğunuz Rayon Polis İdarəsinə gedirsiniz və elə oradaca ərizə doldurmalısınız. Şəxsiyyət vəsiqənizi ailə qurduqdan sonra dəyişməniz həmçinin subay qeydinin evli ilə əvəz olunması üçün vacibdir.

Şərh yaz