Siqaret qoxusundan qurtulmağın yolu

loading...

Tütün qoxusu uzun müddət yalnız geyim və saçlara deyil, həm də ətrafdakı ev predmetlərinə hopmaq kimi xoşagəlməz xüsusiyyətə malikdir. Tütün tüstüsünü xüsusilə yumşaq mebel, xalça və pərdələr çox hopdurur. Amma əgər içəridə daim siqaret çəkirlərsə, bu zaman hətta divar kağızları da tütün qoxuyur. Xoşagəlməz qoxunu çıxarmaq üçün müxtəlif üsullar var.

Tütün qoxusunu aradan qaldırmağın ən radikal üsulu əlbəttə ki, təmirdir. Amma tüstü hopmuş divar kağızlarını və mebeli dəyişmək imkanı həmişə və hər kəsdə olmur. Tütün tüstüsünün çox hissəsini parça canına çəkir, buna görə təmizliyə hazırlaşın. Xüsusi vasitələrin və ya yuyucu tozsoranın köməyi ilə xalçaları və yumşaq mebeli təmizləyin.
Divan örtüklərini, pərdələri və çexolları yumaq və ya kimyəvi təmizləməyə vermək daha yaxşı olar. Döşəməni alma sirkəsi əlavə edilmiş su ilə yumaq tövsiyə edilir, sanki alma sirkəsi xoşagəlməz qoxuları yaxşı çıxara bilir. Sirkə ilə həmçinin bütün horizontal səthləri silmək olar.

Əgər içəridə tütün qoxusu çoxdan hopmayıbsa və siz sadəcə coşqun əyləncəli gecədən (qonaqlıqdan sonra) olan nəticələrdən qurtulmaq istəyirsinizsə, bu zaman otaqda nəm dəsmallar asın, onlar qoxunun çox hissəsini özlərinə hopduracaq.

Çox siqaret çəkilən evdə qəhvə dənləri və ya ətirli duz ilə doldurulmuş qablar qoymaq olar. Qəhvə və duz xoşagəlməz qoxunu sovurur və otağı ətirləndirir, bundan başqa belə qablar orijinal dekor elementi ola bilər.

Müxtəlif hava təmizləyici aerozolların köməyi ilə qoxunu maskalamağa çalışmayın, əksər hallarda onlar sadəcə qoxuları qarışdırır. Bu halda daha çox efir yağları yaxşı kömək edir. Mütəmadi olaraq otağın havasını dəyişin, kondisioner də sizə bu məsələdə əhəmiyyətli dərəcədə kömək edəcək.

Avtomobil salonundan siqaret qoxusunu üyüdülmüş qəhvə, kömür və vanilin köməyi ilə çıxarmaq olar.

Siqaret qoxusunun geyim və saçlardan uzaqlaşdırılması

Tütün qoxuyan əşyalar və ya saç razılaşın ki, çox xoşagəlməzdir. Geyimlərdən qoxunu yalnız yumanın köməyi ilə çıxarmaq olar. Bu halda paltar üçün kondisionerdən istifadə etmək arzu olunandır. Şaxtalı havada belə paltarları 1-2 saatlıq təmiz havaya çıxarmaq olar.

Saçlarınızı yaxşı olar ki, yuyasınız. Əgər duş qəbul etmək imkanınız yoxdursa, bu zaman saçlarınıza fenin isti havasını yönəldib müvəqqəti olaraq 1-2 saat ərzində pis qoxudan qurtula bilərsiniz.

loading...
SHARE
Şərh yaz