Sistit qadınların həyatını məhv edir

loading...

Sidik yolu infeksiyası olaraq bilinən sistitden xilas olmağın yolları.

Sidik yolu infeksiyası olaraq bilinən sistit, qadınların həyatını məhv edən narahatlıqlardan biridir.

Sidiyə çıxarkən yanma və ağrı, axıntı, yorğunluq, qızdırma, tərləmə kimi əlamətlərlə ortaya çıxan sistit qadınların həm ictimai, həm də şəxsi həyatına təsir edir.

Antibiotik müalicəsi şərtdir

Bakteriyaların səbəb olduğu bir infeksiya olduğu üçün mütləq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə müalicə antibiotik ilə edilir. Vaxtında müalicə edilməyən sistit daha ciddi problemlərə yol aça bilər.

Bəzi tədbirlərlə müalicə müddətini asanlaşdırıb, sistitin meydana gəlməsinə maneə törədə bilərsiniz.

Müalicə müddətində diqqət yetirilməsi lazım olanlar…

  • Alt paltarlarını tez-tez dəyişdirmək, geyməzdən əvvəl şəbəkə qisimini ütüləmək ( bakteriyaların törəməsini maneə törətmək üçün əhəmiyyətlidir).
  • Gün içərisində bol-bol su içmək infeksiyanı atmağa köməkçi olur.
  • Mümkünsə müalicə müddətində cinsi əlaqədən çəkinilməli.
  • Genital təmizlik üçün xüsusi sabunlar istifadə edilərək bölgə təmizlənməlidir. Təmizlikdən sonra isə genital bölgə quru tutulmalıdır.
  • Bol-bol C vitamini qəbul edilməlidir. C vitamini bakteriyaların törəməsinə maneə törədir.
  • Hovuz və sauna kimi nəmli mühitlərdən uzaq dayanmaq lazımdır.
Şərh et