Şokaldlı yeni il piroqu

Yeni il piroqu
loading...

Şokaldlı yeni il piroqu hazırlamaq üçüm…

Lazımdır:

  • Tünd şokolad 240 qram
  • 320 qr un
  • 200 qr kərə yaği
  • Şəkər 320 qr
  • Kakao 80 qr
  • 16 qr maya
  • 6 yumurta

Kremı üçün

  • 1 banka Nutella
  • qaymaqlı krem 150 qr
  • Şokolad liköru (istəyə uyğun)

Yeni il piroqunu bəzəmək üçün

  • Tünd şokolad 200 qr
  • rəngli konfetlər

İri qaba doğranmış şokolad və kərə yağı qoyun ərisin, eyni zamanda qabın içinə yumurta sarısını və şəkəri töküb mikserlə qarışdırın. Daha sonra qarışığa unu, kakaonu əlavə edib yaxşıca çalın.

Yumurta ağlarını ayrıca qarışdırıb şokolad qarışığa əlavə edin. Qarışığı dörd künc qaba əlavə edib əvvəlcədən 180 °C isidilmiş sobada 40 dəqiqə bişirin. Tort hazır olandan sonra kənara qoyun soyusun. O, otaq temperaturunda soyuyana kimi, siz istəyiniz pudinqli, ağ və ya şokoladlı krem hazırlaya bilərsiniz. Nutellaynan kremli qaymağı qarışdirib krem halına salandan sonra soyuducuya qoyun bərkisin.

Tort soyuyandan sonra onu üçbucaq şəklində (foto bax)kəsirik. Bir az süd ilə isladıb, krem yayılır və qalan krem ilə kənarlarını doldururuq. Bir saat soyuducuda saxlayırıq. Bir qaba doğranmış şokoladı töküb (istəsəniz kremli qaymağı əlavə edin), odun üzərinə qoyub bir neçə dəqiqə gözləyin.

Tam əriyəndən sonra tez spatula ilə tortun bütün üzünə çəkin ki bərkisin. Şokolad, konfetlə və s. nə ilə istəyirsinizsə bəziyə bilərsiniz.
Nuş olsun!

Şərh yaz