«Şokolad» balalar

loading...

Xelsinki Universitetinin alimləri (University of Helsinki), gələcək anaların şokolad yeməsini, onların uşaqlarına müsbət təsirini ortaya çıxarıblar.

Onlar doğumdan əvvəl və sonra 300 xanım arasında sorğu aparıblar. İlk əvvəl hamilə xanımlara, onların narahatlıq səviyyələrini qiymətləndirmələrini xahiş ediblər, sonra onların nə qədər şokolad yediklərini oyrəniblər.

Doğumdan 6 ay sonra xanımlar övladlarının özünü necə aparmaları haqqında məlumat verməli idilər. Alimlər bu nəticəyə gəliblər ki, mütamadi şokolad yeyən hamilə xanımların övladları daha gülərüz olurlar. Yeni mühütə tez adaptasiya ola bilirlər.
Əksinə şokolad yeməyən xanımlar övladlarının narahat olduqlarını bildirirlər.

Bütün bunlara baxmayaraq şokoladın nə qədər xeyirli və ya zərərli olması haqqında araşdırmalar davam edir.
Ümumiyyətlə şokolad yeyənləri iki bölməyə ayırırlar: zövq üçün yeyənlər və “emosional yeyənlər”, bunlar depressiyanı aradan qaldırmaq üçün şokoladı qəbul edirlər.

Gündəlik kiçik porsiya şokoladın qəbulu qan dövranını yaxşılaşdırır, bu da öz növbəsində ürək fəaliyyəti üçün xeyirlidir. Bu kimi xüsusiyyətə bütün şokoladlar əlbəttdəki malik deyil, bura yalnız flavonoidlər ilə bol olan şokoladlar aid edilə bilər. Flavonoidlər kakao da olurlar.

Tünd şokolad (südlü olmayan) damarlada qanın laxtalanmasının qarşısını alır. Həmçinin araşdırmalar onu göstərir ki, şokolad insan orqanizmini azad radikalların hücumundan qoruyur.

Hər halda həm özünüzün və övladınızın sağlam olması üçün hər şeyi qədərində yesəz, daha yaxşı olar.

Şərh yaz