Şokoladın faydaları və zərərləri

loading...

Tərkibində kalsium, fosfor, maqnezium, dəmir, sink və mis kimi minerallar olan şokolad, xərçəng və ürək xəstəliklərindən qorunmasında müsbət təsirə sahibdir.

Ürəyinizlə dostdur

Alman İnsan Qidalanması İnstitutu tərəfindən təxminən 19 min yetkinin bəslənmə vərdişlərinin araşdırılmasıyla edilən araşdırmada, hər gün 7.5 qram şokolad yeyənlərin təzyiqinin daha aşağı olduğu, bu kəslərdə infarkt və iflic riskinin yüzdə 39 daha az olduğu təsbit edilmişdir.

Şokolad soşbəxt edər

Şokolad phenethylamine (PEA) ifraz etməkdədir. Phenethylamine isə sinir sistemini xəbərdar edər, ağrıları sakitləşdirər və insanın özünü yaxşı hiss etməsini təmin edər. Şokolad beyindəki serotonin səviyyəsini artırar və xoşbəxtlik hissi verər. Şokolad, beyni rahatlaşdırıb boşaldar, xoşbəxtlik verər, beynin endorfin ifraz etməsinə səbəb olar.

Dərini və sümükləri qidalandırır.
Şokolad
Şokolad xüsusilə qadınlar üzərində psixoloji olaraq olduqca müsbət təsirlərə sahibdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfini ifraz edir.

Şokolad öskürəyə və boğaza yaxşı gələrək boğazı yumşaldar. Yorğunluğa və halsızlığa qarşı enerji anbarıdır. Bitter şokolad təzyiqə yaxşı gəlir və infakt riskinə qarşı qoruyucu bir qidadır. İflic riskini azalda biləcəyi mütəxəssiz tərəfindən təsdiqlənmişdir.

Zərərləri…

İçindəki yağı və şəkəri unutmayın

Nəticə olaraq, bir çox faydasının yanında şokoladın yağ və şəkər məzmununun da yüksək olduğu unudulmamalıdır. Bu səbəblə gündəlik bəslənmədə diqqətli istehlak edilməlidir və kakao yüksək olan şokolad növləri seçilməlidir.

Şokolad asılılıq yaradır, bir oturuşda böyük bir şokoladı tək başına yemək ya da gündə ən az 3-4 ədəd istehlak etmək təəssüf ki pis bir asılılıqdır. Şokoladın içərisindəki maddələr çox istehlak edildiyində beynimizi keyidir və bədənimizin öz vəzifələrini yerinə yetirməsində problemlərə gətirib çıxarır. Migren diaqnozu qoyulmuş xəstələrə həkimlər şokoladı qadağan edirlər bunun səbəbidə şokoladın içindəki maddələrin migrenlə bağlı ağrıları oyatması və şiddətləndirməsidir.

Dişlərimizi çürüdə bilər, kilo aldıra bilər, qaraciyərimizə zərər verə bilər və qadınlara selülit yarada bilər. Çox qəbul etdikdə dəri üzərində allergik reaksiyalara da səbəb ola bilər.

Şokoladdan imtina etməyin amma həddindən artıqda istifadə etməyin.

Şərh yaz