Şokoladla gözəllik reseptləri

loading...

Hər kəsin sevimli şirniyyatı şokolad, 2 min il əvvəl yaradılıb. Şokolad çox faydalıdır. O stressə davamlılığı artırır, təzyiqi normallaşdırır. Bundan başqa o zəngin vitamin tərkibinə malikdir ki, onların arasında A, B1, B2, PP vitamini, kalium, kalsium, natrium, dəmir və maqnezium kimi maddələri qeyd etmək olar. Lakin bildiyimiz qədər şirniyyat kökəlməyə səbəb olur, buna görə şokoladı həmçinin xarici gözəlliyiniz üçün də istifadə edə bilərsiniz.

Kosmetoloji salonlar artıq çoxdan şokoladlı terapiyalardan istifadə edirlər: maskalar, sarınma, kremlər, skrablar və hətta şokoladlı vannalar. Sizə şokoladdan ən yaxşı gözəllik reseptlərini təqdim edirik.

Şokoladlı maskalar

  • Cavanlaşdırıcı maska – 2 x.q. əridilmiş tünd şokoladı, 5 ml küncüt və ya zeytun yağı ilə qarışdırıb bir az soyudun. Maskanı 5-10 dəqiqə ərzində üzünüzə çəkin, sonra yuyub təmizləyin. Maska quru və normal dəri üçün uyğundur.
  • Canlandırıcı maska – 30 q şokoladı bir az əzilmiş istənilən meyvə ilə qarışdırın və 20-30 dəqiqə ərzində üzünüzə çəkin, sonra soyuq su ilə yuyub təmizləyin. Maskadan sonra dəriniz nəmlənəcək və həmçinin parlaq olacaq.
  • Quru dəri üçün maska – 1 x.q. xamanı 1 ədəd yumurta sarısı və 1 x.q. əridilmiş şokolad ilə qarışdırın və 30-60 dəqiqə ərzində üzünüzə çəkin. Maska dərini qidalandırır və nəmləndirir.
  • Yağlı dəri üçün maska – 1 x.q. yulaf ununu 1 x.q. limon şirəsi və 1 x.q. əridilmiş şokolad ilə qarışdırıb üzünüzə çəkin.
  • Problemli dəri üçün 1 x.q. zeytun yağını 1 x.q. kakao, 1 ç.q. darçın və 1 ç.q. sarıkök ilə qarışdırıb üzünüzə çəkin. Maskanı dərinizdə 30 dəqiqə saxladıqdan sonra üzünüzü bir az masaj edin və maskanı yuyub təmizləyin. Maska qıcıqlanmanı və yorğunluğu aradan qaldıracaq.

Şokoladlı skrablar

Üz və bədən üçün klassik skrab bir stəkan şokolad yağı və yarım stəkan şəkər tozundan hazırlanır. Hazır skrabı masajedici hərəkətlər ilə üzə və bədəninizə çəkib sonra yuyub təmizləyə bilərsiniz.

Sellülitə qarşı skrab hazırlamaq üçün 1 qaşıq vanil və qamış şəkərini 2 qaşıq kakao, 3 qaşıq zeytun yağı və bal ilə qarışdırın. Prosedurdan həftədə 2-3 dəfə etsəniz artıq bir neçə həftəyə nəticəni görə biləcəksiniz.

Üzün təmizləməsi üçün skrab yumşaq olmalıdır, buna görə onu qəhvə əsasında hazırlayırlar. Skrabın hazırlanması üçün 2 plitka tünd şokoladı 2 ç.q. qaymaq və 3-4 qaşıq qəhvə dəmi ilə yaxşıca qarışdırın. Skrabın istifadəsindən sonra dəriniz hamar və ipək kimi olacaq.

Üz üçün sadə skrab resepti: 1 x.q. şokoladı 1 ç.q. dəniz duzu ilə qarışdırıb üzünüzə çəkin. Belə skrab ölü hüceyrələri təmizləyəcək və dərinizi daha təravətli edəcək.

Arıqlama üçün skrab resepti: dondurulmuş acı şokoladı xırdalayıb 2 x.q. dəniz duzu, bal və üzüm tumunun yağı ilə qarışdırın. Proseduru vanna otağında bədən tamamilə yumşalandan sonra masaj edərək dəriyə çəkmək lazımdır.

Şərh yaz