loading...
1-2 dənə yumurtanın ağına 200 ml isti su əlavə edin və bir həftə qaranlıq yerdə saxlayın. Daha sonra bu mayeni 2 litr suda həll edin və gülləri sulayın.
Məhlulun qoxusu pis olsa da, bitkilərinizin inkişaf etməsinə kömək edəcək.
Solmuş bitkiləri bir neçə üsulla həyata qaytarmaq olar.
- Solmuş çiçəyin yarpaqlarına bir neçə gün qazlı su sərpin.
- Böyük həcmli qabın içinə taxta parçası qoyun və onun üzərinə içində çiçək olan dibçəyi yerləşdirin. Qabın içinə isti (qaynar olmayan) özündən buxar verən su tökün. Su taxta parçasının kənarından 3-4sm aşağı olmalıdır. Su buxarlandıqca bitki itirdiyi su ehtiyatını bərpa edəcək və yenidən canlanacaq.
Dibçəyin üzərinə nəm süngər qoyun. Onun suyu yavaş-yavaş bitkiyə hopacaq və bitki yenidən inkişaf edəcək.
loading...