“Spa” dondurması

loading...

Yayın istisindən necə xilas olmaq olar? Bunun üçün bəzən sadəcə dondurma yemək kifayət edir. Təəssüf ki, müasir dünyada təbii və faydalı məhsul tapmaq bir az problemli bir işdir, çünki çox vaxt dondurma hazırlayarkən südün yerinə əvəzedici tozdan, kərə yağının yerinə isə palma yağından istifadə edirlər.

Biz sizə az kalorili və eyni zamanda faydalı inqrediyentlərdən dondurma hazırlamağı öyrədəcəyik.

İnqrediyentlər:

  • 1 stəkan nazik və xırda-xırda doğranmış xiyar,
  • 1 limon şirəsi,
  • 2 stəkan su,
  • şəkər və ya bal,
  • dondurma çubuqları.

Hazırlıq prosesi:

  • 1. Plastik bir qaba su tökün. Limonu 2 yerə bölüb şirəsini suya əlavə edin.
  • 2. Suya zövqünüzə görə şəkər və ya bal əlavə edin.
  • 3. Dondurma formalarını 2/3 hissəsinə qədər limonadla doldurun. Onları 1 saat ərzində dondurucu kameraya qoyun. 1 saatdan sonra formaları soyuducudan çıxardın və buzu qaşıqla sındırın.
  • 4. Buzlu formaya təxminən 1 x.q. xiyar əlavə edib qarışdırın və dondurma çubuqlarını yerləşdirin. Tam donması üçün formaları 3-4 saatlıq soyuducuya qoyun. dondurma1 dondurma2
Şərh yaz