Stress və qayğıdan uzaqlaşmağın 7 yolu

loading...

Gün ərzində qarşılaşdığımız hadisələr, yaşanan gərgin anlar həyatımıza mühüm mənada təsir edir. Halbuki, bu tip qayğıların öhdəsindən gəlməyi öyrənmək və xoşbəxt olmaq öz əlinizdədir. “Necə?” deyə soruşsanız, cavabı sizə təqdim etdiyimiz yeddi təklifdədir.

  1. Gimnastika ilə məşğul olun!
    Tədqiqatçıların fikrincə, gimnastika stressi aradan qaldıran ən əlverişli vasitədir. Hər gün ən az otuz dəqiqə idmanla məşğul olan insanın beyin fəaliyyətində dəyişiklik yaranır ki, bu da stressi əhəmiyyətli dərəcədə azaldır. Gimnastika zalına getməyə imkanınız olmasa belə, hər gün bir qədər piyada yeriyin. Bununla yanaşı, musiqiyə xüsusilə də enerjili ritmlərə qulaq asmaq, sizi yüngül idman hərəkətləri etməyə yaxud rəqs etməyə sövq edər və əhval ruhiyyənizi qaldırar.
  2. Pozitiv insanların əhatəsində olun!
    Yaxşı bir əhatə dairəsinə sahib olmaq, səmimi və etibarlı münasibətlər qurmaq narahat anlarınızda sizə kömək edə bilər. Tək-tənha oturub problemi özünüz üçün böyütməkdənsə, vəziyyətinizi dostlarınızla bölüşün. Həyatdan zövq almağı bacaran müsbət enerjili insanlarla birlikdə olmaq sizə enerji verər və qayğılarınızı aradan qaldırar.
  3. Zamanınızı düzgün qiymətləndirin!
    Bir çox insan üçün zaman ən böyük stress qaynaqlarından biridir. Gün ərzində hansı işləri görəcəyinizi əvvəlcədən düşünün və gününüzü məhz buna görə məntiqli bir şəkildə planlaşdırın. Gün ərzində gecikmə, fasilə vermə yaxud plandan kənar işlər çıxsa belə, öz planınza sadiq qalmağa çalışın. Planlı iş görməklə siz, ən çətin işlərin belə, öhdəsindən asanlıqla gələ biləcəksiniz.
  4. İncəsənət məşğuliyyəti ilə maraqlanın!
    Boş zamanlarda özünüzü qabiliyyətli saydığınız mövzularla maraqlanmaq sizin üçün faydalı olacaq. Həftədə heç olmasa bir gün musiqi, rəsm və ya cızma-qara kimi məşğuliyyətlər əhvalınız və ruh sağlamlığınız üçün xeyirlidir. Unutmayın ki, incəsənətlə bağlı fəaliyyətlər insan vücudundakı neqativ enerjini çölə çıxarmağın ən yaxşı üsuludur.
  5. Özünüzü sevin!
    Başqalarına xoş gəlmək, onlar tərəfindən bəyənilmək xəyalı ilə yaşamayın. Heç kimin sevgisinə möhtac olmayacaq qədər özünüzü çox sevin. Özünüzə kifayət qədər inanıb, hörmət etdiyiniz müddətcə uğursuzluqla bağlı qayğılarınız azalacaq və hər şeyin daha asan olduğunu anlayacaqsınız. Araşdırmalara görə, baş verən hadisələrə qarşı yanlış hərəkətlər və ya sözlər həmin əsnadakı gərginliyi daha da artırır.
  6. Mənfi fikirlərdən uzaq durun!
    Özünüz, başqaları və ümumiyyətlə həyat haqqındakı həqiqətə uyğun olmayan xəyallardan xilas olmaqla siz duyğu və düşüncələrinizi mənfidən müsbətə çevirə bilərsiniz. İnsan öz enerjisini özü yaradan bir sistemə sahibdir. Bununla yanaşı, həmin enerjini necə və harada sərf etməyi bacarmaq üçün insan zehni bir hazırlığa malik olmalıdır. Yaratdığınız bu müsbət enerji sayəsində gün boyu bütün lazımsız qayğılardan xilas ola bilərsiniz.
  7. Tənqidə açıq olun!
    Qayğıların azaldılmasında başlıca məsələlərdən biri də qərarlı, tutarlı, tənqidə və dəyişməyə açıq münasibət bəsləmək və özünü tanıyan bir şəxs ola bilməkdir. İnsan istədiyi zaman zəif və güclü xüsusiyyətlərini kəşf edərək daha da təkmilləşmiş biri olaraq dəyişməyə məruz qala bilər. Alimlər bunun stress və qayğıların öhdəsindən gəlməkdə çox mühüm bir mərhələ olduğunu qeyd edirlər.
Şərh yaz