Strinq geyinməyin ziyanları

loading...

Strinq modelli tumanları istənilən dar paltarın altından geyinmək mümkündür, bu model çox rahat və erotikdir. Lakin qinekoloqlar xəbərdar edir: ilk görünüşdə yaraşıqlı olan bu tumanlar qadın sağlamlığı üçün təhlükəlidir.

Müasir tədqiqatlar göstərir ki, daima strinq geyinən xanımlarda bakterial və göbələk infeksiyaları, dəridə sürtünmə izləri və hətta qemoroy hallarına tez-tez rast gəlinir. Bu təhlükəli tuman modeli hətta sidik kisəsinin sistitinə də gətirib çıxarır. Strinqin nazik hissəsi cinsi orqanın selikli qişasını kəsir və infeksiya ocağı yaradır ki, bu da öz növbəsində sistitə yol açır.

Lakin bunu da bilmək vacibdir ki, təbii parçadan olmayan (neylon, kapron) istənilən alt paltarı nəmi özündə saxlayır və mikrobların yaranmasına şərait yaradır. Bu halda strinqlər yaranan infeksiyanın yayılmasında “köməklik göstərir”. Bir çox mütəxəssislərin fikrinə əsasən, strinq tumanlar cinsi orqanla düz bağırsağın arasında infeksiyanın yayılması üçün əsas “nəqliyyat vasitəsidir”.

Bunları nəzərə alaraq aıt paltarı alanda təbii materialdan olmasına, ölçüsünün kiçik olmamasına, keyfiyyətli tikilişə malik olmasına fikir verin. Strinq və ya tanqo modeli geyindikdə gündəlik bezlərdən istifadə edin və onları tez-tez dəyişin.  Bu infeksiyanın yaranmasına mane olacaq.

loading...
Şərh yaz