Süd: müsbət və mənfi cəhətləri…

loading...

Südün faydalılığı haqqında bir çox yazılar oxumusuz…  Həkimlər hətta südü böyüklərə məsləhət  versələr də, hamı bilir ki, süd uşaqların rasionunda mütləq şəkildə olmalıdır. Bu gün sizlərə südün müsbət və mənfi tərəflərindən yazacam…

Südün tərkibində A, B, B2, C vitaminlər vardır, çoxlu minerallarla zəngindir süd. Süd xeyirli yağlarla və əlbəttəki sümüklərin inkişafına kömək edən kalsiy ilə də zəngindir. Və bu böyüyən uşaqlar üçün əvəzedilməz bir nemətdir.

Uşaqlara lazım olan metionin və lizin də südün tərkibində vardır. Tərkibindəki müxtəlif aminokislotlar uşaq orqanizmini mikroblara qarşı dayanıqlı edir, onun balaca orqanizmindən ağır metalları çıxardır.

Ümumi olaraq, süddə 200 yaxın minerallar var ki, bunlar da qastritə, mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizədə mütləqdirlər. Həmçinin südün tərkibindəki minerallar, qara ciyər xəstəliklərində də xeyirlidir. Süd həmçinin dişlərin profilaktikası üçün əvəzedilməz nemətdir.

Südün tərkibindəki kalsiy uşaqların orqanizmi üçün çox vacibdir. Beləki kalsiyin çatışmamazlığı sümüklərin zəifliyinə, sınıqlığına gətirib çıxarda bilir. Həmçinin kalsiyin çatışmamazlığı burun və damaq qanamalarına da yol aça bilir. Uşaqlarda kiçik bir zərbədən sonra göyərmələr baş verir, ən pis halda şəkər diabetinə gətirib çıxarda bilir kalsiy çatışmamazlığı.

Yuxarıda yazdıqlarımızın hamısı əlbəttə təbii yolla alınmış südlə bağlıdır, yəni loru dildə desək “kənd südü”. Onu qeyd edək ki, hər kənd südü altında satılan südü də almaq olmaz. Beləki xanımlar əksər hallarda paketlərdə, pasterizə olmuş südləri almağa üstünlük verirlər.

Pasterizə edilmiş südlərdə isə mikroblardan savayı, xeyirli minerallar da olmur. Tərkibindəki vitaminlər isə süni yolla əlavə olunur. Bu isə uşaqlarda allerqiya yaranmasına səbəb ola bilər, buna görə də pasterizə südlərin alınmasında da diqqətli olmaq lazımdır.

Buna baxmayaraq, süd çox kaprizli bir məhsuldur. Hətta uşaqlar arasında inək südünü həzm edə bilməyənlər də ola bilər, bu zaman keçi südünə keçmək lazımdır. Həkimlər isə təmiz südü uşaqlara 3 yaşdan yuxarı verilməsini məsləhət bilirlər. Beləki südün tərkibindəki zülal və müxtəlif yağlar uşaq orqanizminə mənfi təsir göstərə bilər, böyrəklər sıradan çıxa bilər.

loading...
SHARE
Şərh yaz