Şüyüd: tərkibi və faydalı xüsusiyyətləri

Şüyüd
loading...

Şüyüd hər bir xanım tərəfindən mətbəxdə istifadə olunan bir məhsuldur. Bu göyərti gözəl qoxuya malikdir, və yeməklərə əvəzedilməz dad və ətir verir. Amma təəssüflər olsun ki, bir çox xanımlar şüyüdün faydalı xüsusiyyətləri haqqında kifayət qədər məlumatlı deyil.

Şüyüdün tərkibi.

Şüyüdün tərkibi orqanizmimizə böyük faydası olan maddələrlə zəngindir. Beləliklə, şüyüdün tərkibində fosfor, kalium, maqnezium, kalsium, PP, A, C, P, B6, B2 və digər vitaminlər mövcuddur. 150 qram pomidoru balaca bir şüyüd dəstəsi ilə (50 qramlıq) əvəz eləmək olar.

Şüyüdün faydalı xüsusiyyətləri.

Şüyüd həm də öz dezinfeksiya edən xüsusiyyətləriylə fərqlənir. O həzm sistemini yaxşılaşdırır, ürək-damar və həmçinin sidik-tənasül sistemlərinə müsbət təsir edir.

Şüyüdün müntəzəm istifadəsi laktasiya dövründə ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir. Bundan əlavə şüyüd qaraciyər, əsəb sistemi, görmə və tənəffüs orqanları üçün də xeyirlidir. O hətta təzyiqi aşağı salır və baş ağrıları zamanı köməklik edir.

Xolesistit və mədə yaraları zamanı bu bitkini ağrıkəsici maddə kimi istifadə edirlər.

Əgər siz müalicə üçün şüyüddən düzgün istifadə edə bilmirsinizsə və ya nədənsə əmin deyilsinizsə, onda onu sadəcə hazırladığınız yeməklərə əlavə edə bilərsiniz. Hər bir halda siz onun xüsusiyyətlərindən faydalanacaqsınız. Bu bitkinin göyərtisi sous, ət yeməkləri, salatlar, şorbalar və balıqla gözəl uyğunlaşır.

Şüyüdün toxumlarını xanımlar adətən tərəvəzlərin duza qoyulması zamanı istifadə edirlər. Quru toxumlar həmçinin vitaminləşdirilmə üçün, sirkənin və pendirin aromatizasiyası üçün istifadə edilir. Bitkinin xüsusi ətri yeməklərə qeyri-adi dad verir.

Şüyüdün faydalı xüsusiyyətləri və ətri qurudulma zamanı demək olar ki itmir. Buna görə siz qış üçün şüyüdü qurudub tədarük görə bilərsiniz. Toxumlarını isə istənilən vaxt istifadə etmək olar. Onları yuxunun yaxşılaşdırılması, iştahın artması, sidik-tənasül sisteminində bəzi xəstəliklərin müalicəsi üçün istifadə edirlər.

Şərh yaz