Makiyajınızın qalıcı olmasını istəyirsinizsə bunları edin

Dərinizi təmizləyin və nəmləndirin.

Gözəl və uzun müddətli makiyajın ilk addımı dərinin təmiz və nəmli olmasıdır. Təmiz və nəmləndirilmiş dəri, makiyajı çox yaxşı hopdurur, makiyaja asanlıqla və homogen şəkildə adaptasiya olar. Nəmləndiricinin makiyaja qarşı ən yaxşı müttəfiq olduğunu unutmayın! Bəzən makiyaj üçün dərimizi təmizləməyi və nəmləndirməyi unuduruq. Amma dərimizin ən böyük düşməni budur əslində…

Tonal krem:

İkinci addım tonal kremin tətbiqi. Nəmləndiricidən 10 dəqiqə sonra kremi çəkin. Tonik; kiçik qüsurları örtər, dərini düzləşdirər və makiyajın yapışma müddətini artırar. Zaman keçdikcə tonik dəridə buxarlaşmasını maneə törətmək üçün üzərinə yüngülcə toz pudra tətbiq edin. Beləcə toniki sabitləmiş olarsınız. Həmçinin yağsız fondötenler dəridə daha uzun müddət qalirlar. Tonal kremin qalıcı olması üçün, çəkdikdən bir neçə dəqiqə sonra yüngül nəmli əllərinizlə dərinizə yumşaqca basdıraraq kompres edin. Bu yolla məsamələrin içinə girər və dəriyə yaxşıca nüfuz edər. Makiyaj sirlərindən biri də budur… 

Kirşan (pudra):

Pudradan istifadə edin. Bu, makiyajın müqavimətini artırar…Fırçayla çəkin. Üz makiyajınız qurtardı. Bu şəkildə bir tətbiq ilə dərinizdəki makiyaj saatlar boyu eyni təzəlikdə qalır.Daha sonra göz makiyajına keçin

Eyeliner:

Qadınlar cazibədar bir görünüş üçün ən çox gözlərini istifadə edərlər. Cazibedar bir göz makiyajı, bir göz qələmi və ya bir liner istifadə edərək əldə edilə bilər. Ancaq, bu ikisi arasında seçim edərkən, eyelinerin qələmdən dörd qat daha dayanıqlı olduğunu bilməlisiniz. Liner tətbiqdən əvvəl göz qapaqlarınızın üzərinə əsas olaraq pudra çəkin. Beləcə tətbiq əsnasında dağılma və yayılmaların qarşısın ala bilərsiniz. Gündüz üçün incə, gecə üçün quyruqlu qalın bir xətt edə bilərsiniz. Qalın xəttlər dramatik baxışlar yaradar. 

Tuş:

Axan bir tuş hər şeyi bərbad edə bilər. Kirpikləri uzadan, bir az da həcm verən bir tuş kifayətdir. Kirpiklərə həcm verən tuş kirpiklərdə ağırlıq yarada bilər, uzadan tuş isə kirpiklərinizə daha təbii bir görünüş verər. 

Dodaq boyası:

Çox yaxşı bir dodaq boyanız var amma çəkdikdən qısa müddət sonra rəngi gedir. Nə etməli? Əvvəlcə dodaqlarınız hər vaxt hamar olmalı. Buna görə dodaqlarınızı nəmsiz buraxmayın, qurumalarına icazə verməyin. Üstü çat-çat dodaqlarda heç bir boya qalıcı ola bilməz. Dodaqlarınızı nəmləndirdikdən dərhal sonra boyanı çəkdikdə yenə rəngi gedər. Dodaqlar kremi yaxşıca mənimsəməlidir. Sonra isə boya xüsusi dodaq fırçasıyla çəkin. Üstünə də eyni rəngdə parladıcı çəkin. 

 

Makiyaj nədir?

Makiyaj üz xətlərini vurğulayıb  qüsursuz bir görünüş əldə etmək deməkdir. Üzü daha cazibədar və mənalı bir vəziyyətə gətirməkdir. Mütəxəssislər isə makiyaj etməyi də bir sənət hesab edir.

Makiyajın dəriyə zərər verməməsi üçün nə etməli?

  • Dərini təmiz saxlamaq gərəkdir, bunun üçün də dəri üçün nəzərdə tutulmuş vasitələrdən yararlanın;
  • Keyfiyyətinə tam əmin olduğunuz kosmetik vasitələrdən istifadə edin;
  • Öz makiyaj vasitələrinizdən başqa digərlərinin kosmetik vasitələrindən mütləq qaydada istifadə etməməyə diqqət yetirin;
  • Xüsusilə də göz makiyajında  - kirpik və dəriyə uyğun təmizləmə məhsullarına üstünlük verin;
  • Makiyajla yatmağı isə heç ağlınızın ucundan belə keçirməyin.

Makiyaj edərkən nələrə diqqət edilməli?

  • Makiyajdan öncə dərinin təmizliyinə diqqət edilməli, makiyaj təmiz dəriyə edilməlidir;
  • Göz altına korrektor seçərkən dəriyə uyğun olanı seçilməlidir. Əgər gözaltı dəriniz bənövşəyiyə çalan bir rəngdədirsə o zaman açıq tonlardan qaçın, əks halda xoş olmayan bir görünüş əldə etmiş olarsınız;
  • Makiyajın daha uzun müddət qalması üçün makiyajı bitirdikdən sonra bir balaca kirşan vurun;
  • Göz makiyajınızın daha uğurlu alınması üçün təbii rənglərdən yararlanın.
  • Göz karandaşı yaxud da sürmə ilə göz makiyajını tamamlaya bilərsiniz. Əgər eyeliner vurmaqda çətinlik çəkirsinizsə o zaman  kirpiklərin dibinə nazik karandaş vurub üzərinə eyelineri keçə bilərsiniz.
  • Tujdan isə istifadəni yaddan çıxarmayın
  • Dodaq boyası seçimində də təbiilikdən qaçmayaq və makiyaja uyğun rəngləri seçək. Daha yaxşı görünüş üçün dodaq boyasının üzərinə parladıcı tətbiq edin.
  • Yatmazdan əvvəl makiyajı təmizləyib, dərini qidalandıran kremlərdən istifadə edin.

Yaz mövsümünün cəlbedici makiyajını sınamağa hazırsınızmı?

Dizaynerlərin bu yaz mövsümündə böhrandan təsirləndiklərini açıq-aydın bildirirlər. Elə bu səbəbdən də onlar daha praktik-sınaqdan çıxmış kolleksiyalara imza atmağa hazırlaşırlar. Ancaq makiyaj və saç stilistləri üçün eyni şeyi söyləmək çətindir. Çünki onlara görə qadınların yeniliklərə hər zaman ehtiyacı var.

Makiyajda əsas diqqət dodaqlara yönəlir. Qırmızı dodaq boyasının müxtəlif tonları dodaqlara enerji verir. Həmçinin qeyd edirlər ki, qırmızı qadının özünə əminliyin işarəsidir. Müxtəlif zamanlarda aktual olan qırmızıdan daha çox parlaq tonları seçilirdisə indi daha tünd olanları məsləhət görürlər. Həyatımıza rəng qatmaq üçün bəzən makiyajın min bir tonundan istifadə edirik. Dizaynerlər bunu xanımların xarakterləri ilə də əlaqələndirirlər.

Mat rəngli kirşandan istifadə etməklə sağlam görünüşə sahib ola bilərsiniz. Bəzi stilistlərin bu mövsümdə ümumiyyətlə göz kölgələrindən istifadə etməməyi məsləhət görsə də, lakin bunu əksini söləyənlər də var. Hətta tünd qara rəng və qara laynerlər boyanmış gözlərin bir müddət dəbdə olacağını deyirlər.