İntuisiyamiza qulaq asaq

İntuisiya insanların özlərindən aslı olmayaraq daima çalışır. Lazım olan məqamda ətrafımızda nə baş verəcəyi haqda bizə məlumat verir. İntuisiya informasiya şəklində şüuraltı formalaşır.  İntuisiya hər kəsdə olur, lakin hər kəs onu dinləmir.  Qorxu, kompleks, ümumi qəbul edilmiş prinsiplər intuisiyaya qulaq verməyə mane olur.

İntuisiyanıza azadlıq versəniz o sizə həyat yolunuzda daha çox kömək edəcək. Bunun üçün nə etmək lazımdır:

Özünüzə güvəni artırın. Bu özünüzə qarşı daha diqqətli və inamlı olmağınızı təmin edəcək və intuisiyanın göndərdiyi siqnallara qarşı diqqətli olacaqsınız.

Məntiq və emosialarınızı kənara qoyun. Emosional olmağımız intuisiyamıza qulaq verməyimizə mane ola bilər.  Sevinc hissi arzularımızı gerçək kimi qəbul etməyimizə bu isə intuisiya siqnalına fikir verməməyimizə gətirib çıxara bilər.

İntuisiyanın siqnallarını ayırmağı öyrənin. Çox vaxt intuisiya bizə simvol, rəqəm, surət, yuxu şəklində informasiya çatdırır.

İntuisiyaya etibar etmədən öncə onu mütləq yoxlayın. Məsələn, ürəyinizə damıb ki, qohumlarınızdan kimsə xəstələnəcək. Siz həmin adama zəng vuraraq intuisiyanızı yoxlaya bilərsiniz və beləliklə, intuisiyanııza nə dərəcədə etibar edə biləcəyinizi öyrənəcəksiniz.