Sevgi insanı gözəlləşdirir

Aşiq olanlara gözəl xəbər var. Sevmək gözəlləşdirir.

Sevginin faydaları saymaqla bitmir. Psixoloji cəhətdən insanlara çox müsbət təsir göstərən sevgi hissi eyni zamanda insanı daha da gözəlləşdirir. Aparılan bir araşdırmaya görə bir-birinə aşiq olan və qarşılıqlı sevgi yaşayan cütlər həyata daha müsbət fikirlərlə baxır vəbu onların üzlərinə səbəbsiz təbəssüm kimi əks olunur.

Araşdırma nəticəsində məlum olub ki, sevgi xüsusilə xanımları gözəlləşdirir. Hətta sevən xanımlar müsbət enerjiləriylə ətrafdakıların diqqətini çəkə bilirlər. Bu hiss onlara bir təravətlilik, canlılıq gətirir. Aşiq olan zərif cinsin nümayəndələrinin saçlarının daha gözəl olduğu, gözlərinin daha parlaq olduğu açıqlanıb.

Mütəxəssislərin sözlərinə görə insan sevərkən özünə daha çox diqqət yetirir və beləcə, onlar gözəl görünüşə sahib olurlar.

Ağıllı qadınlar sevərkən ağıllarını itirirlər

Stupid about Men: 10 Rules for Getting Romance Right (“Kişilərlə münasibətdə 10 qayda) kitabında amerikalı  psixoloq Debora Dann qeyd edir ki, ən ağıllı qadınlar özlərinə uyğun olmayan birini belə sevərkən ağıllarını itirirlər.  

Debora kitabında bunu həmin qadınların bu problemini “roman asılılığı” kimi izah edir. Ağıllı qadınlar bu sevginin toruna düşməklə iş problemlərindən, artıq çəki və digər ağır fikirlərdən yayınırlar. Romantik əyləncələr qadınlara müsbət emosiyalar bəxş edir və çoxları “narkotik” –dən asılılıq kimi bu hisslərdən asılı qalırlar və qarşılarına çıxan hər hansı romantik bir insana bağlanırlar. Bağlandıqları şəxsin onlara uyğun olub olmaması isə onları heç narahat etmir.

Qadın sevərkən özü üçün gözəl nağıl aləmi yaradır və bu nağılın onun sevdiyini də dəyişdirəcəyinə də inanır.

Digər tətəfdən instinktiv ailə ocağının qoruyucusu olan qadın stabil münasibətləri pozmaqdan çəkinir. Bundan başqa tənha qalmaq qorxusu  qadını özünə yaraşmayan biri ilə qalmağa vadar edir. O “heç nədən” şahzadə düzəltməyə çalışaraq bu prosesə illərini sərf edir və bunu “məhəbbət uğrundda mübarizə“ kimi qiymətləndirir. Təəssüf olsun ki, bu yanaşma ən çox yüksək intelektə sahib olan, ağıllı qadınların arasında geniş yayılmışdır.