Təbii bitki yağlarının faydaları

loading...

Təbii bitki yağları haqqında ötən dəfə yazmışdıq. Bu dəfə də bitki yağları barədə oxucularımızı məlumatlandıracağıq. Keyfiyyətli və qiyməti münasib olan bu yağların tərkibi insan orqanizm üçün faydalarla zəngindir. Bu yağların faydaları ilə ayrı-ayrılıqda tanış olmaq istəyirsinizsə, aşağıdakı yazını diqqətlə oxuyun və təbii üsullardan faydalanın.

Zeytun yağı
Zeytunun tam yetişmiş meyvələrindən tibbi məqsəd üçün əla keyfiyyətli zeytun yağı alınır ki, bu yağdan bir sıra dərman preparatlarının: xüsusən yanıq məlhəmlərinin və iynə dərmanlarının tərkibində yara sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsən dərman kimi geniş istifadə edilir.
Zeytun yağı saç və cildi qidalandırır, saç köklərini gücləndirir, cildə canlılıq verir. Həmçinin əzələ tutulmalarında istifadə olunur. Ürək sağlamlığı üçün çox faydalı olan bu yağ damar sərtliyini də bərpa edir. Bundan başqa, bağırsaq fəaliyyətinə müsbət təsir göstərir. Cildə masaj edilərək xüsusilə saç köklərinə çəkilir. Həmçinin içilir.

Qoz yağı
Qoz yağı quru dəriləri qidalandırıcı və yumşaldıcı təsirə malikdir. Demək olar ki, bu yağ təbii nəmləndiricidir. Saç köklərini qidalandırır. Bundan əlavə, revmatizma xəstələri üçün də xeyirlidir. Günəş şüaları altında qaralmaq üçün də istifadə olunur. Qoz yağı ilə cildi masaj etmək çox faydalıdır. Qoz yağını isidib içmək bud ağrılarını sakitləşdirir. Bu yağ həm də əsəb sinirlərini sakitləşdirir və bununla yanaşı tük tökülməsinin də qarşısını alır.

Ərik tumu yağı
Ərik insan orqanizminin əsas özəyi olan . ürəyə çox fay dalıdır. Bu meyvənin yağı isə dəriyə çox xeyirli təsir göstərir. Ərik yağından xüsusilə dəriyə qulluq zamanı və göz ətrafı qırışların aradan qaldırılmasında istifadə olunur. Eyni zamanda yaşlanma ilə əlaqədar olaraq ortaya çıxan qırışları da aradan qaldırır. Ərik yağı A vitamini ilə zəngindir.

İstifadə zamanı dəriyə pambıqla tətbiq edilir. Qəbul zamanı isə bir fincan suya 2-3 damcı əlavə olunur.

Keşniş yağı
Keşniş yağı həzmi asanlaşdıran, iştaha açan funksiyalara malikdir. Eyni zamanda spazm və qazı aradan qaldıran, bundan əlavə mədə-bağırsaq problemləri zamanı fay-dalı olan xüsusiyyətləri özündə birləşdirir. Keşniş yağı mərkəzi sinir sistemini gücləndirir, yaddaşı davamlı olaraq formada saxlayır. Həmçinin sinir sisteminə faydalı ol-maqla yanaşı, baş ağrılarını da dayandırır.
Keşniş yağının istifadə qaydası isə belədir: Gündə 2-3 damcı bir fincan suya damızdırılaraq içilir. Həmçinin dəriyə masaj edilir.

Nanə yağı
Nanə yağı müxtəlif məqsədlərlə istifadə edilir. Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır.

Bu vağ dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir.
Nanə yağı miqren, başağrısı, üst tənəffüs yolları, qrip, öksürək, burun tutulması, mədə bulantısı, əzələ ağrısı, menstruasiya ağrılarına çox təsirlidir. Ayrıca nanə yağı qaşıntının qarşısını alır, sinirləri sakitləşdirir, həzmi rahatlaşdırır, ana südünü artırır, yüksək təzyiqi aşağı salır, selulitin, göbələk xəstəliklərinin qarşısını alır. Nanə yağı antiseptik və qaz söktürücü xüsusiyyətə malikdir.

İstifadə qaydası: Gündə 3 dəfə qənd parçası üzərinə 2-3 damcı damızdırılaraq və ya bir fincan suya eyni miqdarda əlavə edilərək qəbul olunmalıdır. Dəriyə çəkilərək masaj edilməsi də çox faydalıdır.

Nar çəkirdəyi yağı
Gözəlliyin sirri nar çəkirdəyi yağındadır, şəfa və gənclik timsalıdır. Nar çəkirdəyi yağı yıpranmış dəridə qan dövranını artırır, üz cizgilərini hamarlayır, hüceyrələri yeniləyir, kollageni tamamlayır, yaşlanmanı önləyir.

İstifadəsi: 1 stakan suya 3-4 damcı qarışdırılaraq içilir və ya pambıq vasitəsi ilə üzə, boyuna sürülür.

Şərh yaz