Təbii görünüşlü makiyaj üçün “qızıl qaydalar”

loading...

Bir neçə dəqiqəyə hazırlanıb evdən çıxmalısınız. Həm gözəl, həm də təbii görünmək istəyirsinizsə dərhal sürətli və sadə makiyaja üstünlük verməlisiniz. Lakin nəyi, necə etməli olduğunuzu bilmirsinizsə, o zaman bu məlumatımız tam Sizin üçündür. Beləliklə təbii görünüşünüzü qorumaqla, daha gözəl görünməyinizi təmin edəcək qızıl qaydalar:

  • Üzünüzün hamar bir görünüş qazanması üçün ilk olaraq dərinizin təmizliyinə diqqət edin. Cild növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib quruması üçün 2-3 dəqiqə gözləyin.
  • Təmizlənmiş dərinizə makiyajın qalıcı olmasını təmin etmək məqsədilə nəmləndirici krem sürtün. Kremin dəriyə hopması üçün bir az gözləyin.
  • Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini örtmək üçün üz və boyun nayihənizə süngərin köməkliyi ilə tonal krem sürtün. Tonal Krem rəngində seçim edərkən dəri rənginizdən bir ton açıq, ya da bir ton tünd olmasına üstünlük verin. Göz qapaqlarınız üçün korrektordan istifadə etməyi unutmayın.
  • Göz makiyajı edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük göstərməkdirsə qara, boz və ya qəhvəyi tonlarda göz qələmi seçin.
  • Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə, yalnız gözlərinizin alt hissəsinə, kipriklərinizdən içəriyə doğru incə bir xətt formasında şəkilləndirin.
  • Göz qələminin təbii və sadə görünməsi üçün kiçik bir fırçayla üzərindən bir neçə dəfə dolandırın.
  • Göz qapaqlarınızın üzərinə açıq qəhvəyi tonlar çəkin.
  • Göz makiyajının son addımı olaraq, gözlərinizin əvvəlindən sonuna doğru tuşdan istifadə edin.
  • Almacıq sümükləri, burun və alnınıza çəhrayı tonlarında allığı böyük fırçayla tətbiq edin. Boyun nahiyənizdə rəng fərqliliklərini yox etmək üçün az miqdarda ənlik sürtüb, ehtiyatla yayın.
  • Ənliyinizlə eyni tonlarda olan dodaq boyasından istifadə etməyə çalışın. Ənliklə eyni tonlarda dodaq boyası istifadə etmək makyajınıza təbiilik verəcək.

Hələlik bu qədər. Hər zaman təbii görünüşünüzün ön planda olması diləyilə, uğurlar!

loading...
Şərh yaz