Təbii nəmləndirici və göz altı serumu maskası

Dəriyə qulluq
loading...

Dərimiz, gün boyu çirkli hava, atmosferdə olan kimyəvi qazlar, hormonlu qidalar, stress və daha xeyli çox düşmənlə döyüşüb özünü qorumağa çalışır və bunun sonunda tez-tez dəri problemləriylə qarşılaşırıq.

Satışda xeyli nəmləndirici məhsul mövcuddur lakin bu kremlərin tərkibi, sağlamlığa təsiri tam olaraq sübut edilməmiş olduğundan xərçəng və digər istənməyən nəticələrə gətirib çıxarma ehtimalı böyükdür.
Ən gözəli təbii məhsullardan, gözümüzlə görərək, vəsaitləri özümüz hazırlayaraq öz nəmləndiricimizi və göz altı serumumuzu özümüz hazırlamaqdır.

Təbii nəmləndirici və göz altı serumu

Vəsaitlər

  • 1/4 stəkan aloe vera geli
  • 2 yemək qaşığı bitki mənşəli qliserin
  • 1 çay qaşığı jojoba yağı
  • 1 E Vitamini kapsulası və ya əczaxanadan təmin edə biləcəyiniz E Vitamini ampulu.
  • Lavanta, çobanyastığı ya da gül kimi esansiya yağdan 2-4 damcı

Hazırlanma qaydası:

Kiçik bir şüşədə bütün bu vəsaitləri birləşdirin, yaxşıca qarışdırın ki bütün məzmun bir-birinə qarışsın.
Gecələri yatmazdan əvvəl təmiz dəriyə tətbiq edin. İstifadə etmədən şüşəni yüngülcə çalxalayıb istifadə edin.
Soyuducunda saxlayın.

Aleo vera dərinizi nəmləndirib, hamarlaşdıracaq, qliserin və bal onsuz da dərini nəmləndirən mükəmməl üz baxımı məhsullarıdır.
Sizə verdiyimiz bu tərif, məsamələri doldurmaz, yağlı cildlərin normala dönməsinə köməkçi olar. Ayrıca E vitamini, dəri hüceyrələrini yeniləyən linoleik turşu və antioksidan anbarı bir yağdır.

Göz altı bölgəmiz çox həssasdır, qırışmaya və qurumağa çox uyğun bir quruluşa malikdir. Ona nizamlı baxım tətbiq edərək qırışmasını maneə törədə bilər, həmişə gənc və gözəl qala bilərik.

Göz altı serumu

Vəsaitlər

  • 2 yemək qaşığı yağı avokado
  • 2 yemək qaşığı hindqozu yağı
  • 1/8 – 1/4 fincan aloe vera
  • 1 E Vitamini kapsula (istəyə bağlı)

Avokado məzmunundakı A, C və E vitamini sayəsində dəridəki sərbəst radikallarla döyüşər,
yaşlanmanızı önləyər və hüceyrə yenilənməsinə kömək olaraq, gənc, parlaq və nəmli bir dəriyə qovuşmanızı təmin edər. Gecələri sizə təsvir etdiyimiz üz serumunu tətbiq etdikdən sonra, az miqdarla göz altlarınıza bu tərifi tətbiq edin. Sabitliklə bildirdiyimiz serumlara davam etsəniz həm üzünüzü qırışmaya qarşı qorumuş, həm də gözəl bir dəriyə qovuşmuş olarsınız.

Bu serumu şüşədə saxlayın. İstifadə etməzdən əvvəl bir az çalxalayın. 3-5 damla barmağınıza damladıb, təmiz göz altı bölgənizə yatmazdan əvvəl tətbiq edin.

Qeyd: Əgər daha qatı bir krem əldə etmək istəyirsinizsə, bu tərifə bir neçə yemək qaşığı kakao yağı əlavə edin. Kakao yağı da möcüzə bir nəmləndirici və dəri baxım məhsuludur.

loading...
Şərh yaz