Təbii yollarla diş ağartmaq mümkün olduğunu bilirdiniz mi?

Diş ağartmaq
loading...

Ağ dişlər və işıltılı bir gülümsəməyə sahib olmaq hər kəsin istəyidir. Ancaq çay və siqaret kimi xarici faktorlar, dişlərin ağlığını itirməsinə səbəb olmaqdadır.

Bu qidalar diş ağardır

Çiyələk

  • Çiyələk: Gözəl dadı və xoş qoxusu ilə bilinən bu meyvə, dişlər üzərində ləkə meydana gəlməsinə maneə törətməkdədir. Ancaq çiyələyin içərisindəki turşu və şəkərin diş minasına zərər verməməsi üçün, istehlak edildikdən sonra su içilməli və ya ağız çalxalanmalıdır.
  • Portağal: Bu meyvənin qabığının içindən təbii diş pastası əldə edilir. Həftədə bir neçə dəfə tətbiq olunması fayda verər.
  • Alma sirkəsi və limon suyu: Ağartmada faydalı olan bu təbii məhsullar sıx istifadə edildiklərində diş minasına zərər verib, çürük meydana gəlməsinin sürətlənməsinə yol aça bilər. Bu səbəbdən diqqətli istifadə edilməlidir. Ən sağlam ağardıcı məhsullar isə təbii lifli məhsullardır. Dişləri ləkə edən bakteriyalardan təmizləyib ağız və diş sağlığında əhəmiyyətli rol oynayar. Bunlar alma, kök, gül kələm və armud olaraq sayıla bilər.

Dişlərin möhkəm olmasi üçün

  • Süd: Çənə sümüklərini gücləndirib, diş əti xəstəliyindən qoruyar. Kalsium baxımından çox əhəmiyyətlidir.
  • Somon balığı: Uşaqlarda diş inkişafına çox köməkçi olan bu qida, D vitamini və kalsium baxımından zəngindir.
  • Portağal və sitrus bitkiləri: C vitamini məzmunu yüksək olan bu qidalar; dişin sərt təbəqəsini gücləndirər, dişləri turşulara qarşı qoruyar, diş əti iltihabını önləyər, bağ toxumasını gücləndirər, diş ətlərinin sağlam qalmasını təmin edər.
  • Çiyələk: Təbii diş ağardan bu məhsul, C vitamini baxımından zəngin olub diş əti sağlamlığını qoruyar.
  • Su: Ağız içindəki yuyucu təsiri mübahisə edilməzdir və tüpürcək səviyyəsini yüksəkdər.
  • Brokoli: Antioksidan xüsusiyyəti ilə deyil, dişləri turşudan qoruyucu xüsusiyyətiylə bilinər. Diş minası üzərində qoruma qalxanı meydana gətirər.
  • Portağal və ananas: Diş minasını qorumanın yanında, tüpürcək ifrazatı üzərində müsbət istiqamətdə təsirə malikdir.
  • Susam toxumu: Dişlərdəki bakteriyaların meydana gəlməsini azaldar və bununla bağlı olaraq diş əti sağlamlığı üçün çox əhəmiyyətlidir.
  • Badam və quru meyvələr: Ağızda təmizləyici təsirə sahib olub, diş üzərindəki val meydana gəlməsini azaldar. Diş əti sağlamlığı baxımından çox əhəmiyyətlidir.
  • Adaçayı: Bu təbii məhsul ilə diş fırçalamaq və qarqara etmək, ağız sağlamlığı baxımından çox əhəmiyyətlidir.

Diş həkiminiz dişlərinizi 3 ton ağarda bilər.

Dişləri tibbi texnikalarla daha sürətli bir şəkildə ağartmaq mümkündür. Müalicə sonrası diş rəngi 2-3 tona qədər ağardıla bilər. Ağartma əməliyyatlarının dişə heç bir zərəri yoxdur. Ev və klinik tipləri olmaq üzrə 2 şəkildə tətbiq oluna bilən diş ağartma əməliyyatları; klinika mühitində edilirsə 1-3 seansa, evdə edilirsə 7-14 gündəlik tətbiq müddəti tələb etməkdədir. Dişlərin ağlığını itirərək köhnə rənginə dönməsində qidalanmsa vərdişləri çox təsirlidir. Diş ağartma texnikaları kanal müalicəsi görmüş dişlərə də tətbiq oluna bilər.

loading...
Şərh yaz