Təmiz balı necə müəyyənləşdirmək olar?

loading...

Balın faydaları və əhəmiyyəti haqqında məlumdur. Xalis balı saxta baldan ayırd etmək məsələsi də zaman-zaman gündəmdə olur. Bu dəfə Sizə bu haqda məlumatlar təqdim edəcəyik:

Balda əsas 4 göstəricisi götürülür.

  • Balın rütubəti 18-20%
  • Disataza ədədi: Arının mədə fermenti 8-15 vahid
  • Saxaroza 3-5% çox olmalı
  • Tərkibində zəhərli maddələr olmamalıdır.

Bəs, xalis balı necə ayırd etmək olar?

  • Bal soyuducuda xarlanırsa xalisdir.
  • Təmiz bal qaşıqla süzüldüyü zaman kəsintisiz axır
  • Saxta balın rəngi bir az daha açıqdır. Normal balın qoxusu yoxdur. Normal balın konsistensiyası bir az daha qatıdır.

Vitaminləşmiş balların üstün cəhətləri:

Adi balın tərkibində olmayan komponentləri vitaminləri balda arıya yedizdirməklə daha güclü vilaminlərlə zəngin, müalicəvi ballar almaq mümkündür.

Balda olan bitki şirələri arının mədəsində həzm olunur, mədə şirəsi ilə qarışır və arı bal hazırlayarkən bitki balla reaksiyaya girir, fermentləşir və ilkin emal olunduğundan orqanizmə daha tez sovruları, qüvvətli komponentlərə çevrilirlər.

Bal güclü konservant olduğundan tərkibində olan komponentləri uzun müddət parçalamadan saxlaya bilir.

Məqsədyönlü hər bir xəstəlik üçün, hər bir komponentlə zəngin ayrıca bal almaq mümkündür: C vitaminli itburnu balı, A vitaminli yerkökü balı, karotinlə zəngin xvoya balı, tonuslandırıcı jenşcn balı, ürok üçün yemişan balı və s.

İlin bülün fəsillərində bu balları almaq və saxlamaq mümkündür. Vitaminləşmiş balları qışda da arıdan almaq mümkündür (xüsusi üsulla).

Balın xalis halda olması və yemək üçün nə dərəcədə yararlı olması onun tərkibindən asılıdır.

Şərh yaz