Tənha qadınların 5 səhvi

loading...

Bəzən ilk görünüşdə maraqlı, özünə arxayın qadın həyatda tək qalmalı olur. Bəs bu niyə belə olur? Bəlkə onun çox pis xarakteri var, ya o özündən çox razıdır və ya əksinə, özünə qiymət vermir? Belkə o karyerası ilə məşğuıdur və onu ailə münasibətləri maraqlandırmır? Əksər hallarda bu belə deyil.

Hesab edilir ki, təbiətdən hər bir qadında analıq hissi var və o həyat yoldaşı olmalıdır. Ola bilər ki, həyatını tək yaşayan bir xanımda bu arzu ilə yaşayır. Lakin hansısa bir səbəbdən o əks cins ilə münasibət qura bilmir. Sizə tənha qadınların etdiyi bəzi səhvləri təqdim edirik.

  1. “Belə mən kimə lazımam?”. Əgər qadınlar əsl sevgiyə layiq olmadıqlarını düşünürsə, bu zaman onlar öz sevgilərinə rast gəlməmək riskinə getmiş olurlar. Hər kəs sevgiyə layiqdir! Buna özünüzü daim inandırmağa çalışın: “Mən o qədər çox gözəl, ağıllı, xeyirxah, məlahətliyəm ki, sadəcə xoşbəxtliyə məhkum edilmişəm!”.
  2. Mən həmişə haqlıyam”. Öz haqlılığında daimi əminliyi mümkün qədər tez sağalması lazım olan xəstəlik adlandırmaq olar.
  3. Güzəşt etməyi öyrənmək lazımdır, çünki bunsuz ciddi münasibətlər qurmaq mümkün deyil. Bir sadə məqamı da yadda saxlamaq lazımdır: hətta döyüşü bir dəfə uduzan da qalib ola bilər. Bu halda isə qələbə onunla nəticələnir ki, kimsə öz həyatını sizinlə bağlamaq istəyəcək. “Pasportda ştamp vacib deyil”. Bəli, mülki izdivaclar bu gün dəbdədir. Lakin belə münasibətlərə razılaşaraq, qadın birmənalı olaraq öz strategiyasında səhvə yol verir.
  4. “Bütün kişilər …”. Kişini daimi düşmən kimi görmək olmaz.
  5. “O yalnız mənim olmalıdır”. Sevgi xalta deyil. Kişini öz şəxsi mülkiyyəti hesab edən qadın bağışlanmaz səhv edir. Daimi kontrol, həddən artıq şübhəlilik həmişə kişini uzaqlaşdırır. Bundan başqa, belə münasibət hətta kişini xəyanətə yönəldə bilər. Bir sözlə, yalqızlıqdan qurtulmaq üçün, eşitməyi, görməyi və hiss etməyi öyrənmək lazımdır. Yalnız bu halda siz səhvləri anlaya və xoşbəxt ana və həyat yoldaşı ola biləcəksiniz.
loading...
Şərh yaz